Klimaks nədir: simptomları və müalicəsi

Klimaks nədir: simptomları və müalicəsi
Qadın xəstəlikləri
10.09.2017 24
Klimaks və ya menopauza - orqanizmin təbii "qocalma” prosesinin mərhələsidir. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir.

Klimakc neçə yaşda başlayır?

Klimaksın başlaması üçün orta yaş 51 yaşdır. Əksər qadınlarda menopauza 45-55 yaş arası başlayır, lakin aybaşı 55-60 yaşdan sonra da kəsilə bilir.

Erkən klimaks nədir?

40 yaşı tamam olmayan qadınlarda menopauza simptomları yarandıqda, erkən və ya vaxtından tez başlayan klimaksdan söhbətgedə bilər.Erkən menopauza15 yaşdan 39 yaşadək istənilən yaşda inkişaf edə bilər. Erkən klimaksın ilk əlaməti hormonal tənzimləmənin pozulmasından irəli gələn qeyri-mütəmadi menstrual qanaxmalardır.

Süni kilmaks nədir?

Süni klimaks xarici təsirlərlə (bədxassəli xəstəliklərin kimya terapiyası və ya radioterapiyası, yumurtalıqların və uşaqlığın cərrahi yolla xaric edilməsi, yumurtalıqların fəaliyyətinə təzyiq göstərən dərmanlardan istifadə edilməsi) bağlı olaraq yumurtalıqların fəaliyyətinin dayanmasıdır.

Klimaksın başlayacağı vaxtı necə təyin etməli?

Klimaksın başlayacağı vaxt Sizin ilk aybaşınızın neçə yaşınızda başlamasından asılı deyil. Əgər Sizin ananızda klimaks vaxtından tez başlamışdırsa, onda Sizdə də erkən menopauza riski yüksəkdir. Həmçinin müəyyən edilmişdir ki, siqaret çəkən qadınlarda menopauza siqaret çəkməyən qadınlarla müqayisədə orta hesabla 2 il tez başlayır. Məhz Sizdə klimaksın nə vaxt başlayacağını qabaqcadan təyin etmək üçün xüsusi bir analizlər yoxdur. Qanın hormonlara görə analizi menopauza başlamayınca, heç bir dəyişiklik göstərməyəcəkdir.

 Hansı əlamətlərə görə klimaksın yaxınlaşdığını təyin etmək olar?

Klimaksın necə başladığın bilmək çox əhəmiyyətlidir. Təbii menopauza (yəni yumurtalıqların xaric edilməsi ilə və ya dərmanlardan istifadə ilə bağlı olmayan) bir gecədə inkişaf etmir. Bir qayda olaraq, klimaksın yaxınlaşdığını bildirən ilk əlamətlər aybaşının tam kəsilməsindən bir neçə il əvvəl başlaya bilir. Klimaksın ilk simptomları aşağıdakılardır:

Qeyri-mütəmadi menstruasiya (aybaşı), gecikmələr

Çoxlu miqdarda və uzunmüddətli mensturasiya (aybaşı)

Istilik gəlmələri, sifətin qızarma halları, çox tərləmə

Uşaqlıq yolunda quruluq və diskomfort

Yuxusuzluq

Əhval-ruhiyyənin tez-tez dəyişməsi, depressiya

Səbəbsiz olaraq təşviş, narahatlıq hissinin keçirilməsi

Arterial təzyiqin tez-tez dəyişməsi

Qadının həyatında klimaksdan bir neçə il əvvəlki və klimaksdan bir neçə il sonrakı dövr çox vaxt  perimenopauza adlanır. Perimenopauza dövründə hamiləlik riski az da olsa qalır, buna görə də konrtasepsiyadan istifadə etməkdə davam edin.

İlk simptomlar yarandıqdan sonra klimaks nə vaxt başlayacaqdır?

Bunu da əvvəlcədən demək çətindir. Bəzi hallarda qadında istilik gəlmə halları klimaksın başlamasından 5-10 il əvvəl yaranır. Buna görə də hətta klimaksın ilk əlamətlərinin yaranması belə menstrurasiyanın (aybaşının) kəsilməsinin dəqiq tarixini müəyyən etməyə imkan vermir: bu, bir neçə ay və ya il ola bilər. Menopauzanın ilk əlamətlərinin yarandığı andan menstruasiyanın kəsilməsinə qədər nə qədər az vaxt keçsə, klimaksın simptomları da bir o qədər parlaq, ifadəli olar.

Klimaksın simptomları hansılardır?

Ardıcıl olaraq 12 ay müddətində menstruasiya (aybaşı) olmadıqda, klimaksın başladığını söyləmək olar.Menstruasiyanın il ərzində olmaması menopauzanın əsas və mütləq simptomudur. Bütün digər simptomlar – istilik hissinin gəlməsi, gecələr tərləmə, yuxusuzluq, əhval-ruhiyyənin tez-tez dəyişməsi, uşaqlıq yolunda quruluq da aybaşı kəsildikdən sonra müşahidə oluna bilir.

Klimaksla bağlı olan problemlər

Qanda estrogenin miqdarının azalması aşağıdakı xəstəliklərin və ya halların riskini yüksəldir:

istilik hissinin gəlməsi, çoxlu miqdarda tərləmə

sümüklərdə dəyişilmə və bununla əlaqədar sınıq riskinin artması

ürək xəstəlikləri

sidik saxlamama

uşaqlıq yolunun və uşaqlığın enməsi və düşməsi

uşaqlıq yolunda quruluq və diskomfort, seksual həyat sahəsində problemlərin meydana gəlməsi

yuxusuzluq

əhval-ruhiyyənin tez-tez dəyişməsi, depressiya

üz və bədəndə tüklərin artması, səs tembrinin zəifləməsi

İstilik hissi və həddindən artıq tərləmə

İstilik gəlmə klimaksın yaxınlaşdığını bildirən ən geniş yayılmış simptomdur. 45 yaşdan yuxarı əksər qadınlar bunu keçirir. Çox vaxt istilik gəlmə sifətin qızarması və həddindən artıq tərləmə epizodları ilə müşayiət olunur. Bu, maraqlı mövzu olduğundan buna ayrıca məqalə həsr edilmişdir. Bu barədə daha ətraflı məlumat almaq üçün "Klimaks dövründə istilik gələrkən nə etməli? məqaləsini oxuyun



Osteoporoz və sınıqlar

Osteoporoz sümük toxumasında kalsium və zülalın (kollagenin) azlığından yaranan sümük əriməsidir. Osteoporoz yaşı 45-dən yuxarı olan qadınlarda sınıqların tez-tez rast gəlinən səbəbidir. Osteoporoz riski klimaks zamanı daha yüksək olur. Amma osteoporozun yaranma riskinin səbəblərini bilməklə osteopozun inkişafının düzgün qidalanmaqla və düzgün həyat tərzi keçirməklə qarşısını almaq mümkündür.

Ürək xəstəlikləri

50 yaşdan yuxarı hər ikinci qadın ürək-sinir xəstəliyinin bu və ya digər formasından əziyyət çəkir. Qanda estrogenin miqdarının aşağı olması ürək xəstəlikləri riskinin amillərindən biridir. Buna görə də erkən klimaks (40 yaşdan tez) qeydə alınan qadınlarda bu kimi problemlərin riski yüksək olur. Ürək xəstəlikləri riski siqaret çəkən, arterial təzyiqi yüksək olan, artıq çəkisi olan, xolesterinin miqdarı çox olan, şəkərli diabetdən əziyyət çəkən və az hərəkətdə olan qadınlarda yüksək olur.

Sağlam həyat tərzi sağlam ürək-sinir sisteminin şərtidir.

Heç bir dərman həyat tərzinin dəyişdirilməsi qədər effekt vermir.

Məsləhətlər


Siqaretdən imtina edin: siqaretə çəkmə ürək tutma riskini 2 dəfə artırır.

Boyunuz üçün normal olan çəkini saxlayın. Çəkiniz nə qədər artıq olsa, ürəyiniz üçün işləmək də bir o qədər çətin olar.

Çoxlu gəzin, fitnes və ya idmana yazılın. Fiziki aktivlik qanda xolesterinin miqdarını azaldır, əhval-ruhiyyəni və libidonu yaxşılaşdırır, əzələ tonusunu yüksəldir və yuxusuzluğun öhdəsindən gəlməyə imkan verir.

Həkimlərin 50 yaşdan sonra qidalanma ilə bağlı məsləhətlərinə əməl edin.

Mütəmadi olaraq həkimə baş çəkin və Sizə təyin olunan bütün dərmanları qəbul edin.

60-65 yaşdan yuxarı qadınlara qanın duruldulması və insultun profilaktikası üçün aspirin qəbul etmək tövsiyə olunur. Bu barədə həkiminizdən məsləhət alın.

Uşaqlıq yolunun və uşaqlığın enməsi və düşməsi

Qanda estrogenin miqdarının azalması nəticəsində 45-50 yaşlı qadınlarda kiçik çanağın əzələləri boşala və daxili orqanları saxlayan bağlar dartıla bilir. Uşaqlıq yolunun, uşaqlığın enməsi və düşməsi uzun müddət simptomsuz keçə bilir, buna görə də daxili orqanların enməsini bildirən ilk əlamətləri vaxtında aşkarlamaq lazımdır.

Sidik saxlamama

Qeyri-ixtiyari olaraq sidik saxlamama ginekoloq və ya uroloqun qəbulunda, xüsusən də klimaks zamanı ən çox səslənən şikayətdir. Klimaks zamanı sidik saxlamama çox vaxt estrogenlərin yetərsizliyi və uşaqlıq yolunun ön divarının enməsi ilə bağlı olur. Əksər hallarda sidik saxlamamanı müalicə etmək mümkün olur.

Əhval-ruhiyyənin tez-tez dəyişməsi və depressiya

Menopauza dövrünü yaşayan bəzi qadınlar tez-tez qıcıqlandıqlarını, təmkinsiz, təşvişli, ağlağan olduqlarını qeyd edirlər. Bu, normaldır və qanda cinsi hormonların miqdarının azalması ilə bağlıdır. Bir qayda olaraq, bəzi sadə relaksasiya (boşalma) metodikaları dərmansız əhval-ruhiyyənin tez-tez dəyişməsinin və depressiyanın öhdəsindən gəlməyə imkan verir:

Tənəffüs hərəkətləri (səhərlər və axşamlar yuxudan əvvəl 15 dəqiqə dərin bərabər nəfəs alma)

Yoqa

Massaj

Sağlam qidalanma (çoxlu meyvə və tərəvəz)

Rejim və yuxuya kifayət qədər vaxtın ayrılması

Sizə həzz verən və gərginliyinizi azaldan işlərlə məşğul olmaq

Əgər Sizin əhval-ruhiyyəniz həmişə kədərlidirsə və depressiyaya düşdüyünüzü düşünürsünüzsə, mütləq həkimə müraciət edin. Həkim Sizə vitaminlər (məsələn, E vitamini, B6 vitamini klimaksla bağlı olan depressiyalarda səmərəli ola bilir), bəzi hallarda isə antidepressantlar təyin edə bilər.

Yuxusuzluq

Sağlam yuxu baş beyninin normal fəaliyyti üçün son dərəcədə əhəmiyyətlidir. Buna görə də yuxusuzluğun zərərini düzgün qiymətləndirmək lazmıdır. Yuxusuzluğun öhdəsindən gəlmək üçün aşağıdakı məsləhətlərdən faydalanın:

Hər gün, hətta bazar günlərində belə eyni vaxtda oyanın və yatın

Yuxudan əvvəl duş qəbul edin (əgər Sizdə gecələr istilik gəlmə halları olursa, duş sərin olmalıdır).

Yuxudan əvvəl 15 dəqiqə sakit şəraitdə oturun, dərindən nəfəs alıb buraxın.

Yuxudan qabaq televizora baxmaq əvəzinə kitab oxuyun və ya gərginliyinizi azaldan musiqiyə qulaq asın.

Süd və araxisin tərkibində bədən gərginliyini azaldan triptofan maddəsi var. Yuxudan əvvəl bir stəkan süd için və ya bir neçə araxis yeyin.

Bir fincan çobanyastığı çayı da bədəninizin gərginliyini götürər.

Yuxudan ən azı 3-4 saat əvvəl kofe və alkoqoldan imtina edin.

Yataq otağınız qaranlıq, sakit və sərin olmalıdır – bu, yaxşı yuxu üçün ideal şəraitdir.

Yataq otağınızı yalnız yuxu və ya seks üçün istifadə edin. Axşamlar oyaq vaxtınızı yataq otağında keçirməyin.

Bu məsləhətlər kömək etmirsə, həkimə müraciət edin. O, sizə yuxugətirici dərmanlar təyin edəcəkdir.

Seksual sferada problemlərin olması

Klimaks Sizin cinsi həyatınıza təsir göstərə bilir. Menopauza dövrünə qədəm qoymuş bəzi qadınlarda seksual istək yox ola bilir. Onlar cinsi akt zamanı ağrı və diskomfort hiss edə bilir. Orqazm ya yox ola, ya da zəif ola bilir və s.

Klimaksın müalicəsi

Ilk öncə qeyd edək ki, klimaks xəstəlik deyil və klimaksın özünü müalicə etmək lazım deyil. Buna baxmayaraq, qanda qadın hormonlarının miqdarının az olmasının nəticələri ciddi şəkildə tibbi nəzarət, hətta müalicə də tələb edə bilir. Menopauzanın nəticələrinin müalicəsi və profilaktikasına 2 əsas yanaşma var:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!