Qadınlarda genital herpes: ağırlaşmaların qarşısını necə almalı?

Qadınlarda genital herpes: ağırlaşmaların qarşısını necə almalı?
Qadın xəstəlikləri
10.09.2017 23
Herpes nədir?

Herpes (o cümlədən genital herpes) insanlarda ən geniş yayılmış xroniki virus infeksiyasıdır. Bu, selikli qişada və dəridə sərgilərlə xarakterizə olunur.

Insan hepres virusuna necə yoluxur?

Xəstəliyin törədicisi herpeviruslar ailəsindən olan viruslardır. Bunlara insanda xəstəlik yarada bilən 8 növ virus aiddir. Infeksiyanın mənbəyi yoluxmuş (xəstə) insandır. Xəstəliyi ötürmə yolları kontakt (birinci tip üçün səciyyəvidir), damcı, cinsi akt yolu ilə (ikinci tip üçün səciyyəvidir) və plasenta hesab olunur. Genital herpesə həssaslıq çox yüksəkdir.

Virus hüceyrənin gen aparatında yer alıb, onu zədələyir. Hüceyrələrin bölünməsi zamanı herpes bütün irsi məlumatlarla birgə digər hüceyrələrə də ötürülür. Qadının bir dəfə herpesə yoluxması kifayətdir ki, o, bundan artıq yaxa qurtara bilməyəcəkdir. Qadınlarda genital herpes aşağıdakı səbəblərdən yaranır: menstruasiya (aybaşı), alkoqol, soyuqlama, isti vurma, stress, infeksiya xəstəlikləri (məsələn, qripp), emosional gərginlik.

Qadınlarda genital herpesin əlamətləri

Ağız, yanaq, burun, göz, dodaq nayihələrindən yaranan adi herpes kimi, genital herpes (cinsiyyət orqanlarının qişasında yaranan) suluqlar şəklində özünü büruzə verir. İnkubasiya dövrü 1-10 gün təşkil edir. Virus zədələnmiş nayihədə yanğı, qaşınma və ağrı yaradır. Əksər hallarda suluqların möhtəviyyatı şəffaf olur, lakin müstəsna hallarda o, qanlı da ola bilir. Xəstəlik əhval-ruhiyyənin pisləşməsi, iştahsızlıq, bədən hərarətinin yüksəlməsi, əzginliklə müşayiət olunur. Xəstəliyə yoluxduqdan dörd gün sonra suluqlar partlamağa başlayır və bu zaman islanan yaralar, bəzi hallarda isə (qabıq altında və ya onsuz sağalan) xoralar əmələ gətirir. Yuxarıda qeyd edildiyi kimi, xəstələr zədələnmiş nayihədə ağrı, qaşınma hiss edirlər. Bədənin hərarəti 38 dərəcəyə qədər yüksəlir. Qasıq limfa düyünlərinin böyüməsi istisna olunmur. Genital herpesin kəskin dövrü 3-5 həftəyə qədər davam edir.

Qadınlarda genital herpesə yoluxma

Genital xəstəliyi anal, oral və vaginal sekslə məşğul olmaqla "qazanmaq” olar. Kəskin simptomları olan insanlar daha yüksək yoluxdurucu qabiliyyətə malikdirlər. Lakin əksər hallarda xəstəliyə simptomsuz cərəyan edən insanlar yoluxdururlar. Tibbi təcrübədə xəstə, genital herpesə yoluxmuş gələcək ananın xəstəliyi dölə ötürdüyü hallar da qeydə alınmışdır. Xəstəliyə hansısa digər yollarla yoluxma ehtimalı azdır. İctimai tualet, üzgüçülük hovuzları, ümumi qab, hamam, dəsmal və s.-dən istifadə etməklə yoluxma yolu deyil.

Hamilə qadınlarda genital herpes

Itlihab prosesləri reproduktiv orqanlara təsir etmədikdə, adi herpes hamilə qalmağa heç bir təsir göstərmir. Qadında xəstəliyin olması gələcək uşağın normal formalaşmasına mane ola və hamiləliyin gedişini ağırlaşdıra bilər.Qadın hamilə qalıncayadək bu virusun daşıyıcı olmamışdırsa və əvvəllər də bu xəstəliyi keçirməmişdirsə, onda o, yoluxduğu təqdirdə, hamiləliyin birinci trimestrində qeyri-ixtiyari abort (uşaq salma), daha yetkin dövrlərdə isə erkən doğuş ehtimalı yüksək olur. Hamiləlik zamanı yarana biləcək ağırlaşmaların da rolu böyükdür. Uşaq üçün, xüsusən də hamiləliyin ilk yarısında herpes virusunun xoşgəlməz nəticələri ola bilər, çünki virus döldə qüsurların inkişafına səbəb ola bilər. Qeyd edilməlidir ki, məhz genital herpes inkişafdan qalmış hamiləliyin əsas səbəblərindən biridir. Genital herpes xronikidirsə, hamiləliyin aktivləşməsi mümkündür, çünki hamilə qadının immunitetinin zəifləməsi təbii haldır. Xroniki xəstəlikdə körpənin yoluxma ehtimalı azdır. Gələcək ana infeksiyaya birinci və ya sonuncu tirmestrdə yoluxarsa, onda doğuşdan sonra uşaqda göz, dəri və sinirin herpetik zədələri yarana bilər.

Qadınlarda genital herpes — simptomları

Xəstəlik uşaqlıq yolu, kiçik və böyük cinsi dodaqlar, uşaqlıq boynu, anal dəliyi və sidik ifrazı kanalı nayihəsində səpgilərlə özünü bildirir. Budun daxili səthinə yayılması da mümkündür. Səpgi çox vaxt yanğı (acışma) və ağrı ilə müşayiət olunması mümkündür. Səpgi qruplaşmaya meylli olan xırda suluqlardan ibarət olur. Onların möhtəviyyatı bulanıqlı olur. Əksər hallarda, təxminən bir həftə sonra, bu suluqlar partlamağa başlayır. Onların yerində əvvəlcə eroziya əmələ gəlir, sonra tədricən onları 2-3 həftəyə sağlam toxuma ilə örtülən qabıq əvəz edir. Bu xəstəlik üçün dəri qaşınması və zədələnmiş sahələrdə qaşınma səciyyəvidir. Çox vaxt qadınlar özlərində məhz bu simptomları müşahidə etdikdən sonra həkimə müraciət edirlər. Bəzi hallarda xəstə qadınlar qaşınma, acışma və yanğıdan başqa, qarnın alt hissəsində düz bağırsağa və ya bel nayihəsinə verən ağrılar da hiss edirlər. Həmçinin xəstəlik zamanı cinsi yollardan ifrazatların intensivliyi də qeydə alınır. Bu, xüsusən də menstrual tsiklin ikinci yarısında müşahidə olunur.

Genital herpes – müalicə

Bu xoşagəlməz xəstəlikdən yaxa qurtarmaq üçün ilk növbədə təmkinli olmaq lazımdır. Əlbətdə ginekoloqa müraciət edilməlidir. Bu zaman orqanizmin müdafiə qüvvələrini yüksəldən virusəleyhinə vasitə və preparatlar qəbul etməklə kombinə edilmiş terapiya tələb olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!