Mastopatiya

Mastopatiya
Qadın xəstəlikləri
10.09.2017 64
Mastopatiya - süd vəzisinin xoşxassəli törəməsidir. Hal-hazırda ən geniş yayılmış xəstəliklərdəndir. Lakin onun xoşxassəli olmağı "narahat olmamalıyıq” demək deyil. Mastopatiya adı altında süd vəzisinin fibradenoması,axacaqdaxili papillomatoz,mastopatiya birləşir.Qeyd edim ki,mastopatiya gələcəkdə xərçəngə də çevrilə bilər.



Mastopatiyaların yaranma səbəblərinin əsasını reproduktiv funksiyanın və cinsi həyatın pozulmaları təşkil edir.

Ilk menstruasiyanın erkən baş verməsi

Mensturasion siklin pozulmaları

Doğuşların olmaması

Abortlar

Ginekoloji xəstəliklər

Südvermə dövrünün 3 aydan az olması

Psixotravmalar və stress halları

Orqanizmin hormonal (qalxanabənzər vəzi xəstəlikləri, şəkərli diabet, piylənmə və qaraciyər xəstəlikləri) və mübadilə pozulmaları aiddir.

Irsi meyllik (ana xətti ilə)

Zərərli vərdişlər(siqaretdən istifadə, alkoqol kimi)



Mastopatiyaların inkişafının əsasında progesteron çatışmazlığı və estrogenlərin artıqlığı durur. Belə ki, bu hal süd vəzisinin alveollarının (yəni burada olan boşluqların), süd axacaqlarının və birləşdirici toxumanın çoxalmasına səbəb olur.Eynilə bu prosesə səbəb prolaktin çoxluğu da səbəb olur, çünki prolaktin normada (hamiləlikdə və südvermə zamanı) süd vəzisini süd verməyə hazırlayır. Daha sonra südün miqdarının tədricən azalmasına səbəb də fizioloji olaraq prolaktin miqdarının azalmasıdır. Ancaq süni şəkildə bu prosesə müdaxilə olunarsa, vəzidə dəyişikliklər, yəni mastopatiya əmələ gəlir.



Abortlar da eyni təsiri göstərir. Hamiləliyin ilk vaxtlarından etibarən süd vəzisini gələcək südverməyə hazırlamaq üçün vəzinin toxumasını artırır. Lakin hamiləliyin pozulması estrogenin qəfildən kəsilməsinə və çoxalmış bu sahələrin sıxlaşması ilə düyünlərin əmələ gəlməsinə səbəb olur.



Mastopatiyanın iki növü var: diffuz (yəni bütün vəzini əhatə etməsi) və düyünlü forma (qoz böyüklüyündə). Diffuz forma fibroz və kistoz, vəzili və fibroz-kistoz formalara bölünür.



Hər bir xanım öz orqanizmini müşahidə etməli və ən xırda dəyişikliyi də erkən vaxtlardan aşkar etməyi bacarmalıdır. Bu məqsədlə sizə bir neçə metod göstərmək istəyirəm.



1-ci etap : alt paltara baxış

Süd vəzisindən az miqdarda ifrazat ola bilər ki, bu da büsthalterdə iz qoya bilər.Bu ifrazat qanlı, yaşımtıl-sarımtıl rəngdə ola bilər. Eyni zamanda qabıqlar da görə bilərsiz.                



2- ci etap: süd vəzisinin ümumi görünüşü

Güzgü qabağında dayanın, əllərinizi yanınıza salın. Süd vəzlərinizin ölçülərində,formalarında,konturlarında hər hansı bir dəyişiklik varmı (süd vəzisinin biri digərinə nisbətən böyük ola bilər, bu, normaldır)? Süd vəziləriniz simmetrik quruluşda olmasına, eyni səviyyədə yerləşməsinə diqqət edin. Qollarınızı şəkildəki kimi qaldıran, sağa-sola çevrilən zaman hər iki süd vəzisinin bir-birinə bərabər yaxınlaşmasına diqqət yetirin. Hansısa vəzinin bərk olmasını hiss edirsinizmi?

Güzgü önündə qollarınızı yuxarı qaldırın, növbə ilə süd vəzilərinizin yuxarı, aşağı və yanlara dartılmasına, ifrazatın axmasına, dəridə dəyişikliyin əmələ gəlməsinə diqqət edin



3-cü etap: dərinin vəziyyəti

Süd vəzisinin dərisi elastikdirmi? Dərinin rəngində dəyişiklik, qızartı, səpki, limon qabığı görünüşü, şişkinlik, çökəklik, qırış olub-olmadığına fikir verin. Vəzini barmaqlarla bükmək lazım deyil, çünki bu, sizdə səhvən şiş təəssüratı yarada bilər.



4-cü etap: ayaqüstə vəzini əllə yoxlama

Bunu vanna otağında yuyunarkən əlləriniz sabunlu halda etməyiniz daha yaxşıdır. Bu məqsədlə losyon və ya kremdən də istifadə edə bilərsiniz. Sağ əllə sol, sol əllə sağ süd vəzisinin üzərində barmaq yastıqcıqlarınızı dairəvi hərəkətlərlə sürüşdürün. Baş barmaq bu prosesdə iştirak etmir. Ehtiyac olarsa, vəzini digər əllə tutmaq olar. Əvvəlcə dəri üzərində, sonra isə süd vəzisində hansısa dəyişiklik hiss edib-etmədiyinizə fikir verin



5-ci etap: uzanmış vəziyyətdə yoxlama

Bu etap müayinənin ən vacib etapıdır, çünkü bu yolla vəzini daha yaxşı müayinə etmək olar. Sərt bir yerdə uzanaraq müayinə etdiyiniz vəzi tərəfdəki əlinizi yuxarı qaldıraraq palpasiya aparın

 

6- cı etap: döş giləsinin müayinəsi

Döş giləsini müayinə edən zaman bunlara fikir verin:

1. Gilənin rəngində dəyişiklik varmı?

2. Forması dəyişibmi?

3. Döş giləsi dartılmış formada deyil ki?

4. Çatlar varmı?



Giləni müayinə edərkən giləətrafı sahəyə də diqqət yetirin, çünkü bu sahədə şiş ola bilər. Baş və şəhadət barmaqlarınızla giləni sıxaraq ifrazatın olub-olmamasına diqqət edin



Əgər müayinə zamanı hər hansı dəyişiklik hiss etsəniz, həkim-mammoloqa müraciət edin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!