Xüsusi günlərdə qadınlar üçün məsləhətlər

Xüsusi günlərdə qadınlar üçün məsləhətlər
Qadın xəstəlikləri
10.09.2017 55
Bir çox qızlarda və qadınlarda uşaqlığın yığılması nəticəsində aybaşı ağrıları baş verir. Ağrıları qarın nahiyəsində, belin aşağı hissəsində və hətta ayaqlarda da hiss etmək olur. Qadınların bir çoxunda həyatlarının müəyyən dövrlərində ağrılar olur. Spazmalar (ağrılar) uşaqlığın içindəkiləri çıxarmaq üçün yüngül yığılması nəticəsində baş verir. Qadınların hamısı ağrıları eyni dərəcədə hiss etmir. Bu, qadınların və onların aybaşılarının fərqli olması ilə əlaqədardır. Tibbdə bu aqlomenoreya (ağrlı aybaşı) adlanır. 14-45 yaş arsı xanımların 60-70%-də rast gəlinir. Adətən ağrılar menstruasiyaya 1-2 gün qalmış başlayır və 3-cü günü yavaş-yavaş azalır.



Ağrıları aradan qaldırmağın yolları



1-İlıq vanna qəbul edin. Niyə də bir az köpük əlavə etmiyəsən? Daha da əhval-ruhiyən yaxşılaşar.

2-Qarın nahiyəsinə isti qrelka qoy və ya sarğı ilə sarı ki, isti olsun. Sonra rahatlan, istirahət et, jurnal oxu və ya televizora baxın ki, başınız qarışsın.

3-Rəfiqənlə gəzməyə get və sənə xoş olan insanlarla görüş.



Ağrılar sizə rahatlıq vermirsə, o zaman ağrıkəsici dərmandan istifadə edin. Amma, istifadə etməmişdən qabaq həkimlə məsləhətləşin.



Aybaşı öncəsi sindrom (PMS) nədir ?

Aybaşı öncəsi sindron bəzi qızların və qadınların aybaşıdan 1-14 gün əvvəl keçirdiyi simptomlardır. Bu simptomların əmələ glməsi hormonların səviyyəsinin dəyişməsi ilə əlaqədardır. Bu zaman baş ağrıları, bel ağrıları, qarın nahiyəsində və aşağı nahiyələrdə ağrılar, tez-tez yemək yemə, süd vəzilərin həssaslığı, oynaqlarda ağrı, ümumi yorğunluq, əhvalın olmaması, çəkinin artması və ya şişmə kimi hallarla müşayiət olunur. Aybaşı başlamadan öncə orqanizm həmişəkindən daha çox su yığır. Və bu isə sizdə şişkinliyin yaranmasına səbəb olur.





Aşağıdakı məsləhətlər sizə bu simptomları yüngüllədirməyə kömək edəcək.



1-Mütəmadi olaraq idmanla məşğul ol

2-Tərkibində kofein oln içkilərin qəbulunu azalt, məsələn: kola.

3-Duzun miqdarını azalt.

4-Həkimdən hansı dərmanı qəbul etməyin barəsində soruş.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!