Qadınlar oxusun! Vaginal göbələk infeksiyası

Qadınlar oxusun! Vaginal göbələk infeksiyası
Qadın xəstəlikləri
10.09.2017 72
Vaginal göbələk infeksiyası nədir? Səbəbləri nələrdir? Müalicəsi necədir?

Hər qadının həyatında bir dəfə belə olsa, yaşadığı bu problemlə bağlı sizi maraqlandıran suallara cavab tapa bilərsiz.



Vaginal göbələk infeksiyası əsasən yay aylarında havanın isinməsi və cinsi bölgənin nəmli qalması ilə dolayı daha sıx yaşanır. Qadınların hər biri həyatlarında ən az bir dəfə bu problemlə qarşılaşıb.



Vaginal axıntı, vaginanın qaşınması və göynəmə kimi şikayətləriniz varsa, vaginal göbələk infeksiyasından şübhələnməlisiz.



Vaginal göbələyin səbəbləri?

Ən mühüm səbəbi cinsi bölgənin nəm və sulu qalmasıdır. Bundan başqa antibiotik istifadəsi, hamiləlik və şəkər kimi bəzi xəstəliklər zamanı vaginal göbələyin görülmə sıxlığı daha yüksəkdir. Pambıq olmayan sintetik alt paltarı, cinsi bölgənin havasız qalması və dar şalvarlar da vaginal göbələk riskini artırır.



Vaginal göbələyin əlamətləri

Cinsi bölgədə yaşanan qaşıntı və göynəmə vaginal göbələk infeksiyasının ən sıx rastlanan əlaməti hesab olunur. Qaşıntı çox şiddətli yaşanır. Bundan başqa qoxusuz və ağ rəngli axıntı da gəlir. İnfeksiyanın ən ağır dərəcəsində göynəmə və cinsi yaxınlıq zamanı ağrı da yaşanır.



Müalicəsi necə olur?

Vaginal şam, krem və bəzi hallarda dərman istifadəsi tövsiyə edilir.

Bir neçə gün ərzində şikayətlər azalır.

Vaginal göbələyin qarşısını almaq üçün bunları edin:

Cinsi bölgəni nəm saxlamayın.

Pambıq alt paltarı geyinin.

Cinsi bölgənin təmizliyi üçün, ətirli ya başqa kosmetik vəsaitlər istifadə etməyin. Məxsusi hazırlanmış sabun istifadə edə bilərsiz.

Dənizdən çıxdıqdan sonra nəm bikinini əyninizdə çox saxlamayın.

Hovuzda üzdükdən sonra mütləq çimin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!