Ağrılı menstruasiyanı azaldacaq məsləhətlər

Ağrılı menstruasiyanı azaldacaq məsləhətlər
Qadın xəstəlikləri
10.09.2017 10
Ağrılı menstruasiya 20 yaşından kiçik hər 100 qadından 75-də görülür.
Menstruasiya zamanı hormonal dəyişikliklərlə bağlı olaraq yaşanan əsəb,
çox həssaslıq kimi duyğusal hallara bir də ağrılar da əlavə olunur. Bu
da qadının həyat keyfiyyətini aşağı salır.
Qadınların ən sancılı dövrlərindən olan ağrılı menstruasiya bir çox
qadının ortaq problemidir. Qarnın alt qismində qıcolma hissi ilə
birlikdə başlayan ağrılı aybaşı baş ağrısı, ürək döyüntüsü, mədə
bulantısı, qusma və ishal kimi əlamətlərlə özünü göstərir.
Ağrılı menstruasiyanın iki tipi var. Birinci tip ilk aybaşı ilə
başlayır, ikinci tip menstruasiyada ağrı bir neçə gün sonra ortaya çıxır
və bu dəfə altda yatan başqa problemlər diqqətdə saxlanmalıdır.
Ağrılı menstruasiya genetik də hesab olunur. Qadının anası, ya bacısında
ağrılı aybaşı yaşanıbsa, bu, digər bacıda risk artıran amildir.
Birinci tip ağrı qarnın alt qismində aybaşı ilə birlikdə başlayır. Bu
zaman ağrı daha kəskin olur, arxa tərəf və ayaqlara da vurur. 12-72 saat
içində azalır.
Bu aybaşı ağrıları zamanı ağrıkəsici istifadə etmək olar. Ancaq istifadə
edərkən diqqətli olmaq lazımdır. Xroniki xora, bağırsaq xəstəlikləri,
xroniki böyrək xəstəlikləri olanlar istifadə etməməlidir.
 
Birinci tip ağrılı aybaşı zamanı doğum həblərindən də istifadə edilə bilər.
Bir digər seçim isə hormonlu spiral hesab olunur. Az yağlı vegetarian
pəhrizi də menstruasiya ağrısını azaldır. Vitamin E və idmanın
faydalarını da görən az deyil .
 
İkinci tip ağrılı menstruasiya zamanı isə sonradan ortaya çıxan ağrının
əsl səbəbi aşkarlanmalıdır. Bu səbəblər uşaqlıq ağzındakı darlıq,
uşaqlıq içi toxumanın fərqli vəziyyətdə olması, qarın içi infeksiya,
qarın içində orqanların normadan çox qanaması hesab edilir.
Uşaqlıq ağzı çox dar olduğunda menstruasiya zamanı qan rahat axa bilmir, borulardan geriyə qan axını olur.
 
 
Menstruasiya ağrılarını azaltmaq üçün:
 
 
Aybaşıdan bir gün əvvəl ağrıkəsici istifadə edə bilərsiz
 
Yüngül qidalarla qidalanın
 
Ayaqlarınızı isti saxlayın, ilıq duş qəbul edin
 
Yüngül idman hərəkətləri edin
 
Stress və siqaretdən uzaq durunскачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!