Aybaşı zamanı ağrılar

Aybaşı zamanı ağrılar
Qadın xəstəlikləri
10.09.2017 16
Aybaşı zamanı ağrıyırsınızmı? Ağrıdan azad olmaq üçün sadə qaydalar...

Bir çox qadın və qızlar "kritik" günlər kimi adlandırılan dönəmdə bəzi narahatlıqlarla rastlaşırlar. Qarın nahiyəsində sancılar olur ki, bu da ən çox işgüzar xanımlara narahatlıq törədir. Evdə olan xanımlar bu kimi ağrıların öhdəsindən daha rahat şəkildə gələ bildikləri halda, işgüzar xanımlar üçün kollektiv daxilində bir sıra narahatlıqlara yol açır. Əgər siz aybaşı zamanı qarın ağrısı, mədə bulantısı və başgicəllənmədən əziyyət çəkirsinizsə, adi qaydalara əməl edərək bu kritik günlərinizi az da olsa, rahatlatda bilərsiniz. İlkin olaraq aybaşı zamanı qarın nahiyəsində olan ağrıların hansı səbəbdən yarandığını anlamaq lazımdır. Kritik günlərin narahatlıq üçün ən böyük səbəbi - bioloji aktiv maddə olan "prostaglandin"dir. Bu maddə əsas qadın orqanına ( uşaqlıq ) və eləcə də onu qanla təmin edən qan damarlarına mənfi təsir göstərir. "Qırmızı " təqvim günü yaxınlaşan zaman, prostaglandinin konsentrasiyası artır. Elə bu səbəbdən damarlarda qıcolma olur ki,uşaqlığa qan gedir və qadınlar işemik ağrı yaşamağa başlayırlar. Bundan əlavə, uşağlığın hamar əzələsinin yığılması nəticəsində qıcolma artır.



Aybaşı zamanı ağrı ilə nə etməli?

Qızlar və qadınların çox qismi çıxış yolunu əksərən "ağrı kəsici" dərmanlarda görürlər. Belə vəziyyətlərdə həkimlə məsləhətləşmək daha doğru olardı. Aybaşı ağrılarının azalmasında "nonsteroidal" anti-iltihab tərkibli dərmanlar bu problemin öhdəsindən gəlir. Bu kimi dərmanların sayəsində prostaglandinin sintezi zəyifləyir və ağrı duyğuları aradan qalxır. Lakin, ağrı yalnız Prostaglandin istehsalından deyil, digər səbəblərdəm də baş verə bilər. Ağrıya səbəb olan digər amillər də var və onların aradan qaldırılması üçün sadə qaydaylara riayət etmək lazımdır.



Kritik günlərdə xanımlar ən çox süd vəzilərində yaranan ağrılardan şikayətlənirlər. Bu bədəninizdə vitamin E-nin çatışmadızlığının göstəricisidir. Aybaşının ilk üç günü ərzində 300 mg vitamin E qəbul etsəniz döşlərinizdə şişkinlik və ağrı hissiyatları azalar, habelə tamamən yox olar. Uşaqlıqda əzələ ağrılarına son qoymaq üçün zəruri element olan maqneziumun qəbulu vacibdir. Bu vitamin komplekslərini qida ilə əldə edə bilərsiniz. Məsələn: yumurta, süd, balıq, yaşıl tərəvəzlərdən istifadə bu elementı almaq üçün kömək edəcək. Bu günlərdə, qadınlar şişkinlikdən daha çox əziyyət çəkirlər. Tərkibində kalium elementinin zəngin olduğu qidaların qəbulu və ya kalium həblərinin içilməsi bu kimi ağrıları azaldmağa köməklik edər. Kaliumun sidikqovucu xassələri var, belə ki, bədəndən artıq maye xilas olur. Bu da bədəndən şişkinliyi təmizləyir və su-duz balansının tənzimlənməsinə kömək edir. Bu çətin günlərdə B qrupu, əsasəndə B6 vitaminlərindən istifadə çox məsləhətlidir.



İdman. Qadınların əksəriyyəti aybaşı zamanı idmanla məşğul olmağın yalnış olduğunu düşünürlər. Əksinə xüsusi möhkəmlətmə və dartınma təlimləri vəziyyəti nizi daha da yüngülləşdirəcək və asanlaşdıracaq. Seçilmiş idman hərəkətləri asan olmalıdır. Sizə bu hərəkətlər üçün idman döşəkçəsi lazım olacaq. Siz bu döşəkçənin üzərində bel üstə uzanaraq bildiyiniz bir sıra adi idman hərəkətlərini (ayaqlarınızı dizinizə qədər büküb açmaq) yerinə yetirərək özünüzü rahatlaşdıra və ağrılarınızı yüngülləşdirə bilərsiniz. Bu qaydaların köməyi ilə siz aybaşı ağrılarınızı azalda və ya tamamən yox edə bilərsiniz...



Günel Şəfiyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!