Doğum sonrası qanamalar

Doğum sonrası qanamalar
Qadın xəstəlikləri
10.09.2017 3
Doğum sonrası qanamaların 4 səbəbi ola bilər:

Bütün dünyada ana ölümlərinə səbəb olan ən əhəmiyyətli səbəb doğum sonrası qanamalardır. Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Perinatolog Dos. Dr. Sevtap Hamdemir Qılınc doğum sonrası qanamaların səbəblərini sıraladı.



Doğum sonrası qanamalar doğum son dövründə, yəni körpənin anadan ayrılması zaman təxminən 1000 ml deyil daha çox qanama olmasıdır. Normal yolla doğumlarda qan itkisi sezəryan ilə doğumlardan daha azdır. Hamiləlik əsnasında meydana gələn dəyişikliklər sayəsində ananın qanı daha sulu olması səbəbiylə təxminən 1-1,5 lt qan itkisi ola bilir. Hamiləlik dövründə kafi və balanslı bəslənməyən və dəmir dəstək müalicəsi almayan xəstələrdə bu vəziyyət daha sıx görülür, əlavə olaraq daha az qan itkisi daha çox olur.



1- Rəhm əzələlərinin sıxıla bilməməsi (uterin atoni): Doğum sonrası qanamaların ən əhəmiyyətli səbəbidir. Rəhmin həddindən artıq gərilməsinə səbəb olan vəziyyətlər polihidroamnion (suyun çox olması), iri körpə, sürətli və ya uzanmış doğumlar, miyomlar qanamağa səbəb ola bilər.



2- Rəhmdə qalan məhsullar: Ana rəhmində ciftin parçasının qalması və ya yapışmasına bağlı olaraq qanama görülə bilər.



3- Genital bölgənin alt qisiminin zədələri: Doğum kesiyi (epizyotomi), müdaxiləli doğumlar yəni forceps və ya vakuumla doğuma bağlı olaraq uşaqlıq divarında və ya rəhm ağızında yaranan cırıqlara bağlı qanamalar ola bilər.



4- Rəhmin cırılması (uterin rüptür): Keçirilmiş rəhm əməliyyatlarına (sezəryan, miyom əməliyyatı, rəhm içi pərdə əməliyyatları) bağlı olaraq bu əməliyyatlardan sonra xüsusilə, normal doğum sınanması nəticəsində bu tip qanamaların olması mümkündür və nəticələri olduqca çətin ola bilər. Bu səbəblə daha əvvəl rəhm əməliyyatı keçirmiş hamilələrin doğumu normal yolla etmək istəmələri halında həkimi ilə məsləhətləşməsi vacibdir.



5- Laxtalanma pozuntusu: Amniyon maye (embolisi) hamiləliyin artırdığı yüksək təzyiq, plasenta dekolmanı (körpənin vaxtından əvvəl doğulması), ölü hamiləliyin fərq edilməyib uzun müddət ananın bətnində qalması kimi səbəblərə bağlı inkişaf edən qanamalardır.



Necə müalicə edilir?

Doğum sonrası qanama zamanı ilk addım xəstənin təzyiq və nəbzini normaya salmaq və qanamanı dayandırmaqdır. Bunun üçün xəstəyə əvvəlcə itirdiyi miqdarda maye(sistem) qoşulur. Bu səbəblə klinikaya müraciət edən bütün hamilələrin qan qrupu daha ilk müraciətdə bilinməlidir. Qanamanın əsl səbəbinə istiqamətli müalicə tətbiq olunmalıdır. Buradakı əsas məqsəd əvvəlcə rəhmin qorunmasıdır. Ancaq rəhmdən qaynaqlanan qanamalarda bəzən ən son çarə olaraq qanamanın dayandırıla bilməsi üçün rəhmin götürülə bilməsidir.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!