Qadınlarında ginekoloji müayinələrin vaxtında aparılmamasının fəsadları

Qadınlarında ginekoloji müayinələrin vaxtında aparılmamasının fəsadları
Qadın xəstəlikləri
10.09.2017 24
Hər bir qadın profilaktika məqsədilə, mütamadi olaraq ildə 1-2 dəfə həkim ginekoloqun müayinəsindən keçməlidir. Birinci ginekoloji müayinə, 14-16 yaşlı qız uşaqlarında, hələ ailə həyatı qurmamış aparılır. Yeniyetmə qız uşaqları təbii olaraq qorxur və ginekoloji müayinədən imtina edirlər. Ancaq qız uşaqlarına izah olunmalıdır ki, onlara daxili ginekoloji müayinə yox, yalnız xarici müayinə, USM (Ultra Səs Müayinəsi)  labarotor analizlər aparılır. Aparılan bu müayinələr cinsi yetişkənlik dərəcəsini, cinsiyyət orqanlarında anadangəlmə qüsurları və s.vaxtında aşkar etməyə imkan verir.

Bildiyimiz kimi profilaktik ginekoloji müayinələrin aparılması, xüsusən onkoloji xəstəliklərin vaxtında aşkar olunmasına imkan yaradır. Bura əsasən süd vəzinin və uşaqlıq boynunun xərçəngi aiddir. Əksər onkoloji xəstəliklər kimi bu xəstəliklər də, erkən dövrlərdə heç bir əlamət vermir,əlamətlər ortaya çıxanda isə xəstəlik xeyli irəliləmiş olur. Yalnız onu da nəzərə almaq lazımdır ki,onkoloji xəstəliklər nə qədər erkən aşkarlanarsa,onların müalicəsi də bir o qədər asan olar və xəstənin yaşama şansı xeyli artmış olur.

Uşaqlıq boynunun xərçənginin aşkarlanmasında uşaqlıq boynunun fon (endoservisit,həqiqi eroziya,leykoplagiya və s.) və xərçəngönü (displaziya) vəziyyətlərinin diaqnostikası mühüm yer tutur. Ginekoloji müayinə zamanı uşaqlıq boynunda olan bu patologiyalarla yanaşı, cinsi yolla keçən infeksiyalar-insan papillomavirusu,ureplazma,mikoplazma.xlamidiya və s. də aşkarlanır. Bu infeksiyalar içərisində insan papillomovirusu daha təhlükəli  hesab olunur. Çünki o, uşaqlıq boynunun xərçənginin əmələ gəlməsində əsas etioloji amil hesab olunur.

Uşaqlıq boynu xərçəngini erkən aşkar etmək üçün ildə bir dəfə uşaqlıq boynundan yaxma götürülməlidir.Bu yaxma Pap-test adalanır. Pap –test ginekoloji kürsüdə, ginekoloji müayinə zamanı götürülür. Bu prosedura  asan və ağrısız olmaqla yanaşı, böyük diaqnostik əhəmiyyətə malikdir. Əgər yaxmada patoloji hüceyrələr aşkarlanarsa daha geniş diaqnostik müayinələrlə prosesin dərinliyi müəyyən edilir.

Cinsi yolla keçen digər infeksiyaların da erkən aşkarlanması çox vacibdir. Çünkü vaxtında müalicə olunmadıqda onlar da sonsuzluq kimi ciddi bir problemə gətirib çıxara bilərlər.



Dr. M.Leylaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!