Bu xəstəlik hər üç qadından birində var

Bu xəstəlik hər üç qadından birində var
Qadın xəstəlikləri
10.09.2017 18
Qadınlar arasında süd vəzi kistalarına tez-tez təsadüf edilir.



Statistikaya əsasən, hər üç qadının birində belə kistalar olur və qadınların bir çox hissəsi bundan bixabər olurlar. Kistalar müxtəlif olur - ölçülərinə, sayına, yerləşməsinə görə fərqlənir.



Xəstəlik uzun müddət ərzində inkişaf edir və əvvəllər qadına heç bir narahatçılıq vermir. Kista böyüdükdə qadının süd vəzisində ağrılar, yanğı və qaşınma hissi əmələ gəlir. Belə xoşagəlməz simptomlar xüsusilə menstruasiyadan əvvəl və menstruasiya zamanı inkişaf edir. Menstruasiya qurtardıqdan sonra simptomlar da keçir. Bəzi kistalar zamanı döş giləsindən şəffaf, yaşıl və ya qanlı maye ifraz olunur.



Süd vəzi kistaları xərçəng deyil və əksər hallarda qadının sağlamlığına ciddi mənfi təsir etmir. Lakin bu heç də o demək deyil ki, kista müalicə tələb etmir. Belə hesab olunur ki, kistası olan qadınlarda süd vəzi xərçənginin riski artmış olur, böyük kistalar süd vəzinin formasını dəyişir, kista iltihablaşa, irinləyə bilər. Bütün bu səbəblərə görə süd vəzi kistası aşkar olunduqda qadın mütləq həkimə müraciət etməli və lazım olan müalicə almalıdır.



Kista daxilində maye olan qovuqcuqdur. Kistanın ölçüsü bir neçə mm-dən 5 sm kimi ola bilər. Kista tək ola bilər, bəzən isə kistalar çoxsaylı olur.



Kistanın inkişfının əsas səbəbi qadın orqanizmində hormonal fonun dəyişilməsidir. Qadınların hormonal sistemi çox həssasdır. Müxtəlif təsirlər (stress, abort, kökəlmə və s.) nəticəsində qadının hormonal fonunda dəyişikliklər inkişaf edə bilər ki, nəticədə bu dəyişikliklər qadının süd vəzilərinə "vurur". Bir çox hallarda qadınlarda süd vəziləri kistaları və digər süd vəziləri xəstəlikləri güclü streslərdən (boşanma, yaxınların itirilməsi və s.) sonra inkişaf edir. Uzunmüddətli emosional gərginlik, xroniki stresslər qadınlarda süd vəzi problemlərinin inkişafına təkan verə bilər.



Abort qadının cinsiyyət sisteminin sağlamlığına və, o cümlədən, süd vəzilərin sağlamlığına çox mənfi təsir edir. Abort nəticəsində qadının hormonla fonu kəskin şəkildə dəyişilir ki, bu müxtəlif qadın xəstəliklərin inkişafına yol açır.



Bədən çəkisinin artıq olması da süd vəzi kistalarının səbəbi ola bilər. Məsələ burasındadır ki, piy toxuması qadın hormonları olan estrogenləri istehsal etmək qabiliyyətinə malikdir. Nəticədə qadında hormonal fon pozulur və bu da süd vəzilərin sağlamlığına mənfi təsir edir.



Süd vəzi travmaları da çox təhlükəlidir. Süd vəzi toxuması çox zərif və həssasdır və istənilən travmalar (zərbə, sıxılma, cərrahi əməliyyat və s.) burada xəstəliyin inkişafına təkan verə bilər.



Hamiləlik əleyhinə preparatların uzun müddət ərzində qəbulu süd vəzi kistaların inkişafına səbəb ola bilər.



Həkimlərin fikirinə görə, uşağı olmayan, gec doğan qadınlarda (30 yaşından sonra), əmizdirmədən müxtəlif səbəblərə görə imtina edən qadınlarda süd vəzi xəstəliklərin inkişafının riski artmış olur.



Kista aşar olunduqdan sonra mütləq mammoloqa müraciət etmək lazımdır. Kistanın ölçüsündən asılı olaraq qadına konservativ (dərmanlar vasitəsilə) və ya cərrahi müalicə təyin oluna bilər. Kistanın konservativ müalicəsi əsasən hormonların köməyi ilə həyata keçirilir.



Kistanın ölçüsü 1 sm-dən böyükdürsə, cərrahi üsullarından (punksiya, laparoskopik əməliyyat) istifadə oluna bilər.



Bəzən kistaları olan qadınlar xalq təbabəti vasitələrinə müraciət edir və kistaları bitkilərlə  müalicə etmək cəhd edirlər. Bu yolverilməzdir. Xalq təbabəti vasitələri ilə bu problemi həll etmək mümkün deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!