Abortun ağırlaşmaları

Abortun ağırlaşmaları
Qadın xəstəlikləri
10.09.2017 25
Abort ilk növbədə hələ doğulmamış insanın qəsdən öldürülməsidir, böyük günahdır.

Digər
tərəfdən isə abort qadının orqanizminə kobud və təhlükəli müdaxilədir
ki, bunun ağırlaşmları və fəsadları qadının səhhətini və hətta həyatını
korlaya bilər.

Həkimlərin
ümumi fikirinə görə, abortların əksəriyyəti bu və ya digər erkən və ya
gecikmiş ağırlaşma və fəsadlar verir. Söhbət tək cərrahiyyə abortlarndan
yox, daha "qoruyucu" mini-abortlardan və farmabortlardan (dərmanlar
vasitəsilə) da gedir.

Abortların
ən ağır fəsadlarından biri - uşaqlığın perforasiyası (deşilməsi). Belə
ağırlaşma cərrahiyyə abortlar (və hətta mini-abortlar) zamanı hər bir
qadında mümkündür. Məsələ burasındadır ki, abort edən həkim uşaqlığın
divarlarını görmür, "kor-korana" işləyir. Nəticədə adort zamanı istifadə
olunan xüsus iti bıçaq - küret - uşaqlığın divarından dölü "qaşıdıqda"
onu asanlıqla deşə bilər. Uşaqlıqdan başqa yaxında yerləşən orqanlar -
bağırsaqlar, sidik kisəsi - və burada keçən iri damarlar da zədələnə
bilər.

Bütün
bunlar qadının səhhəti və hətta həyatı üçün çox ciddi təhlükə yaradır.
Qadında güclü qanaxma, peritonit (qarın boşluğu divarının iltihabı),
sepsis (qana düşmüş xəstəliktörədici mikrobların bütün bədənin
zəhərlənməsi) inkişaf edə bilər. Bəzi hallarda (iri damarlar zədləndikdə
və s.) qadının həyatını xilas etmək üçün həkimlər hətta uşaqlığı xaric
etməli olurlar.

Nəzərinizə çatdıraq ki, hətta çox təcrübəli həkimin etdiyi abort zamanı belə ağırlaşma mümkündür.

Bəzi
hallarda abortdan sonra uşaqlıq boşluğunda dölün hissələri qalır. Buna
natamam abort deyilir. Natamam abort uşaqlığın normal yığılmasına mane
olur ki, nəticədə güclü qanaxma baş verir (qadın 1 saat ərzində 2 bez
dəyişməli olur). Bundan əlavə uşaqlıq boşluğunda qalan dölün hissələri
infeksiyalaşaraq güclü iltihaba səbəb ola bilər ki, nəticədə qadında
həyatı üçün təhlükəli olan hallar - peritonit, sepsis inkişaf edə bilər.
Natamam abortun simptomları: qarının aşağı hissəsində kəskin
tutmaşəkilli ağrılar, güclü qanlı ifrazatlar, hərarətin yüksəlməsi,
halsızlıq, ürəkbulanması.

Özündə
bu kimi əlamətləri hiss etdikdə qadın dərhal həkimə müraciət etməlidir.
Natamam abort kimi ağırlaşma bir çox hallarda farmabortlardan sonra
inkişaf edir.

Bu
fəsadların müalicəsi üçün qadın bir çox hallarda təkrar aborta (mini və
ya cərrahiyyə) məruz qalır və uşaqlıq boşluğunda qalmış dölün hissələri
oradan xaric olunur.

Bəzən
abortdan sonra qadında cinsiyyət yolundan qan ifraz edilmir. Bu da
təhlükəli simptomdur. Qan uşaqlıq boşluğunda yığılmağa başlayır.
Nəticədə qadını qarının aşağı hissəsində güclü ağrılar və dartınma hissi
narahat etməyə başlayır. Bu halda da mütləq həkimə müraciət etmək
lazımdır.

Bundan
əlavə hətta "yaxşı" keçmiş abortdan sonra qadın cinsiyyət sistemi
iltihabları, hormonal pozulmalar, endometrioz, mioma, polip, uşaqlıq
boynunun patologiyaları inkişaf edə bilər.

Abortdan
sonra inkişaf etmiş qadın cinsiyyət sistemi iltihabları
(yumurtalıqların, uşaqlıq borularının, uşaqlığın) qadında sonsuzluğa
səbəb ola bilər.

Mini-
və cərrahiyyə abortları zamanı uşaqlıq boynunu enlətmək üçün xüsusi
alətlər istifadə olunur ki, onlar uşaqlıq boynunu zədələyir və hətta
yırtıla bilər. Nəticədə uşaqlıq boynunun çatışmazlığı inkişaf edir.
Bunun nəticəsində hamiləlik zamanı abortda zədələnmiş uşaqlıq boynu
lazım olan vaxtdan tez açılmağa başlayır və dölsalma baş verir. Nəticədə
qadın hamiləliyi doğuşa qədər çatdıra bilmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!