Aybaşı ağrıları nədən xəbər verir

Aybaşı ağrıları nədən xəbər verir
Qadın xəstəlikləri
10.09.2017 27
Ağrı, zəiflik, ürəkbulanma, başgicəllənmə…Hər üç qadından ikisində
mensturasiya (aybaşı) zamanı bu simptomlar müşahidə olunur. Çoxu bunu
sadəcə naxoşluq adlandırır. Əslində isə tibbdə bu "alqomenoreya” (ağrılı
menstruasiya) xəstəliyi adlanır. Alqomenoreya nəinki fiziki problemin
olmasından, ciddi xəstəliklərdən də xəbər verə bilər. 

Alqomenoreya (dismenoreya, alqodismenoreya) –geniş yayılmış xəstəlikdir.
Belə ki, 14-45 yaş qadınların 60-70%-i arasında bu xəstəliyə rast
gəlinir. Xüsusən yeniyetmələrdə ağrılı menstruasiya müşahidə
olunur.Alqomenoreya 84%-də ürəkbulanma, 79%-də diareya, 23%-də
başgicəllənmə, 13,5 %-də baş ağrıları, 16%-də isə ürəkgetmə ilə müşayət
olunur. Adətən ağrılar menstruasiyaya 1-2 gün qalmış başlayır və
mensturasiyanın 3-cü günü sakitləşir. Bəzi qadınlar bu günlərdə iş
qabiliyyətini belə itirir. Alqomenoreya qadının fiziki, emosional və
psixi vəziyyətinə mənfi təsir göstərir.Alqomenoreyanın simptomları:
qarının alt tərəfi və bel nayihədə sancılı ağrılar. 

Ağrılı menstruasiya digər xəstəliklər kimi müalicə tələb edir. Lakin ilk olaraq onun növünü təyin etmək lazımdır. 



Tibbdə 2 növ alqomenoreya var: 

-birinci 

-ikinci 

Birinci alqomenoreya sinir sistemi və qadin cinsi orqanlarının anatomik
xüsusiyyətlərinə əsasən ağrılı menstruasiyaya səbəb olur. Yaxşı inkişaf
etməmiş uşaqlıq (matka), onun düzgün yerləşməməsi və s. bu kimi
problemlər ağrılara gətirib çıxarır. Bu səbəblər uşaqlıqdan menstrual
ifrazatınaxmasına əngəl yaradır. 

Əgər ağrı mütəmadi yox, periodik baş verirsə, o zaman ağrı yaradan
faktorlara diqqət yetirmək lazımdır. Psixoloji travmalar, fiziki işin
çoxluğu, yorğunluq və digər psixoloji və ya əsəb pozğunluğu ağrılara
səbəb ola bilir. 40-50% qadınlarda ağrının azalması genetik xarakter
daşıyır. 



İkinci alqomenoreya iltihabi proseslərin və sidikyolu orqanlarının
xəstəlikləri nəticəsində baş verir: endometrioz, şişlər, kista və s. 

Endometrioz xəstəliyinə xüsusi diqqət yetirmək lazımdır: bu xəstəliyin əsas əlamətlərindən biri məhz ağrılı menstruasiyadır. 

Endometrioz zamanı endometriya hüceyrələri onlara xas olmayan yerlərə
çökür – yumurtahüceyrə, sidik kisəsi, böyrəklər. Hətta yeni yerlərdə
əvvəlki funksiyalarını həyata keçirirlər. Buna görə də aybaşı zamanı
şişir və qanayırlar, bu da güclü ağrıya səbəb olur. 

Endometriozun geniş yayılmış simptomlarından biri də aybaşıdan sonra və ya ona qədər tünd-qəhvəyi ifrazatın olmasıdır. 

Endometrioza səbəb ağır fiziki iş, stress, günəş vannalarının həddən
artıq qəbulu və solyari ola bilər. Bu xəstəliyi gizli infeksiya
adlandırılan "xlamidioz” kimi 21-ci əsrin epidemiyası adlandırırlar. 



Ağrılı menstruasiyanın səbəbini düzgün müəyyənləşdirmək üçün nəinki
ginekoloqa, endokrinoloqo da müraciət etməniz şərtdir. Əsas müayinələr
aşağıdakılardan aparılmalıdır: 

-gizli infeksiyalardan (xlamidioz, trixomoniaz) analiz 

-qanın biokimyəvi analizi 

-bakterioloji əkmə 

-hormonal yoxlanma 



Ginekoloq müayinə zamanı uşaqlığın ölçüsünü və yerləşməsini
müəyyənləşdirməli, daxili cinsi orqanlarda anatomik dəyişiklikləri təyin
etməlidir. Alqomenoreyanın səbəbini bildikdən sonra müalicəyə başlamaq
olar. Əgər səbəb hər hansı iltihabi xəstəlikdirsə, ilk növbədə mütləq
onu müalicə etmək lazımdır. Artıq sübut olunub ki, yuxusuzluq,
yorğunluq, stress, siqaretçəkmə, qəhvə çox içmə menstruasiya zamanı
ağrılara səbəb olur. 

Əgər ciddi problem yoxdursa, o zaman düzgün qidalanma, sağlam həyat tərzi, stressdən uzaq olma problemi aradan qaldıracaq. 

Ağrını aradan qaldırmaq üçün ağrıkəsicilər istifadə olunur (parasetamol,
noşpa, analgin, sedalgin, papverin, baralgin, spazqan, ketorol). Oral
kontraseptik vasitələrin qəbulu da ağrıları azaldır. 



Həmçinin xalq təbabətinə də müraciət edə bilərsiniz: 

-ayaqlara və qarnınıza isti quru dəsmal qoyun (bunu isti qum dolu torba ilə əvəz etmək olar). 

- qarının aşağısına isti kompress edin. 



Otlar: 

Yabanı qatırquyruğu – 1 xörək qaşığı bitkini 2 stəkan qaynar suda
dəmləyin. Kəskin ağrılar zamanı hər iki saatdan bir 1 xörək qaşığı qəbul
etmək olar. 

Boğazotu – 3-5 boğazotu kökünü 10 stəkan qaynar suda dəmləyin. Gündə 2 dəfə yarım stəkan olmaqla qəbul edin. 

Başınağacı kökü – 4 çay qaşığı xırdalanmış kökləri 1 stəkan su ilə 30
dəqiqə qaynadın. Süzün və ilkin vəziyyətdəki qədər su əlavə edin (ümumi 1
stəkan olmaqla). Gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul
edin. 



Bundan başqa özünüz bildiyiniz bitkilərdən də istifadə edə bilərsiniz (çobanyastığı və ya nanə dəmləməsi). 

Yadda saxlayın ki, həkimə vaxtında müraciət bir çox ciddi xəstəliklərin
qarşısını ala bilər. Çünki sağlamlığınız hər şeydən irəlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!