Qadınları narahat edən sualın cavabı

Qadınları narahat edən sualın cavabı
Qadın xəstəlikləri
10.09.2017 15
Şiddətli menstruasiya ağrıları bir çox qadınların ortaq problemidir. Bəs
ağrı kəssin deyə bir çox qadınların istifadə etdiyi üsul - qarın
bölgəsinə isti su torbası ("qrelka”) qoymağın bir faydası varmı?Bir çox
qadını maraqlandıran bu sualın cavabını təqdim edirik.



Menstruasiya ağrıları qadınlar arasında sıx yaşanır. Hətta bəzi
qadınlar bu ağrılara görə işə, dərsə getmir, sancını azaltmaq üçün özünə
görə yollar axtarır. Bəzi hallarda bu ağrılar o qədər şiddətli olur ki,
qadın yataqdan belə, ayağa qalxa bilmir.



Menstruasiya dövründə ağrıkəsici istifadə etmək doğrudurmu?

Menstruasiya zamanı yaranan laxta və toxuma artıqlarını bədəndən ata
bilmək üçün uşaqlıq sıxılır. Uşaqlıq sıxılmaları da menstruasiya
ağrılarının başlıca səbəbidir.



Sıxılmalar zamanı uşaqlıq toxumasında artan prostaglandinlər fərqli
ağrıkəsicilər tərəfindən azaldılır. Bu isə ağrılarda azalmaya yol
açarkən qanamanı da azaldır və bir çox qadın üçün də problem yarada
bilər.



Mədə, qaraciyər xəstəliyi və böyrək problemi olanlar dərman istifadə
etməkdən qaçmalı, qanama miqdarını azaltmadan edə biləcəyi alternativ
üsullar seçməlidir. Bu üsullar sırasında isti su tətbiqləri, həftədə bir
neçə dəfə idman etmək, yatmaq da var.



İsti su torbası çıxış yoludurmu?

İsti su torbaları uşaqlıq, həm də qarnın ön divarlarındakı əzələləri
istilik təsiri ilə gəvşədir. Damarlarda da gəvşəməyə yol açır, beləcə,
itirilən qan miqdarını artırır.

Qan dövranı sürətləndiyi üçün rahatlıq yaşanır. İsti su ucuz və zərərsiz bir yol olduğundan məsləhət görülən bir üsuldur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!