Qadınlarda seksual funksiyanın pozulması

Qadınlarda seksual funksiyanın pozulması
Qadın xəstəlikləri
10.09.2017 44
Qadınlarda seksual funksiyanın pozulması sıx görünən və həyat keyfiyyətinə mənfi təsir edən bir haldır. Hal-hazırda insanın seksual disfunksiyasına qarşı cəmiyyət və medianın diqqətinin artması yeni tibbi müalicələrin inkişafına səbəb olmuşdur.

Xoşbəxt evlilik edən 100 cütlük arasında aparılan bir araşdırmada qadınların 63 %-ında seksual pozuntu və ya orgasm (boşalma) disfunksiyası təyin edilmişdir. Emosianal və stresslə bağlı problemləri olan qadınlarda daha sıx rastlandığı ortaya qoyuldu. Amerikalı yeniyetmələrdə aparılan araşdırmada seksual funksiyanın həyat keyfiyyətinə təsir göstərdiyi vurğulanıb. Qadınların 95 %-ı sağlam cinsi həyatın hər yaşda həyat keyfiyyətini artırdığını bildirmişdilər.

Seksual disfunksiya sıx görülən və həyat keyfiyyətinə təsir göstərən həm kişilərdə, həm də qadınlarda araşdırılması və üzərində dayanmaq lazım olan əhəmiyyətli bir problemdir.

Bir çox insan özündə cinsi disfunksiyanın olduğunu həkimlərə deməyə çəkinirlər. Aparılan araşdırmada şəxslərin 68 %-ı cinsi problemlərini həkimləri ilə bölüşməsinin həkimlərini sıxacağını düşünürlər. Dolayısı ilə seksual disfunksiyasının tez-tez görülməsinə baxmayaraq çox az xəstə adi tibbi sual-cavab əsnasında cinsi problemini ifadə edir. Cinsi sağlamlığın hekayəsi tibbi hekayənin sonlarına doğru həkimlə xəstə arasında etimad mühiti yarananda soruşulmalıdır. Kısa cinsi hekayə iki sual verilərək öyrənilə bilər: Cinsi olaraq aktivmisiniz? Və Hər hansı bir cinsi çətinlik yada probleminiz varmı? Xəstələrin cinsi həyat və problemlərini müzakirə edərkən rahat etdirə bilmək üçün cinsi hekayədə tibbi hekayənin alındığı şəkildə alınmalıdır. Həkim utanmış və ya mühakimə edən görünməməli, xəstələr söhbət zamanı məxfilik və etibarlılıq baxımından rahatlandırılmalıdır.

Nəticə olaraq cinsi disfunksiyanın araşdırılması ətraflı tibbi hekayə ve ginekoloji müayinədən ibarətdir . Çox sayıda dərman, xüsusilə antidepressant və antihipertansivlər cinsi funksiya üzərində mənfi təsirlər göstərdiyindən sorğu-sual olunmalıdır. Keçirilmiş tibbi və psixoloji problemlər, ginekoloji əməliyyatlar, depressiya, yuxusuzluq kimi psixoloji problemlər sorgulanmalıdır. Ginekoloji müayinə xəstənin şikayətləri ilə bağlı ginekoloji patologiyaları aşkara çıxara bilər.



Rəxşəndə Aslanovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!