Qadında cinsi funksiya pozuntunun farmakoloji müalicəsi

Qadında cinsi funksiya pozuntunun farmakoloji müalicəsi
Qadın xəstəlikləri
10.09.2017 25
Estrogen müalicəsi

Estrogen müalicəsi cinsi funksiya pozğunluğu olan
menopauzadan sonrakı perioda aid olan xəstədə ilk müalicə üsulu olarak
seçilir. Estrogen müalicəsi libidonu və klitoral həssaslığı artırıb ,
disparoniyanı azaldır . Postmenopauzada olan qadınlar tez-tez cinsi
əlaqə zamanı vaginal quruluq və qıcıqlanmadan şikayət edirlər, bu
simptomlar lokal və ya sistemik estrogen müalicəsi ilə düzəlir.

 

Androgen müalicəsi

Menopauzadan
sonrakı perioda aid olan qadınlarda xüsusilə cərrahi menopauza
(yumurtalıqların cərrahi üsulla götürülməsi) androgen müalicəsi cinsi
istəyi artırır. Cərrahi menopauzada olan xəstələrdə testosteron
müalicəsi (estrogen müalicəsi ilə birlikdə yada tək başına) bu
qadınlarda cinsi fantaziya sayını cinsi istək şiddətini tək başına
estrogen müalicəsinə və ya plaseboya görə artırmışdır.

 

Sildenafil

Sildenafil
klitoral və vaginal düz əzələlərin relaksasiyanı və genital qan axımını
artırır. Bu vazoaktiv maddənin kişi erektil disfonksiyasında təsirli
olduğu bilinir. Cinsi funksiyasının pozğunluğu olan qadınlarda
sildenafil vaginal sürüşkənlik və klitoral həssaslığı artırdığını
göstərmişdir.

 

Digər farmakoloji müalicələr

Kişi
cinsi disfunksiyasında istifadə edilən bir çox dərmanlar qadın cinsi
disfunksiyasında potensial müalicə olaraq təyin edilməkdədir:
L-arginine, prostaglandin E1, phentolamine və apomorphine.

 

Nəticə

Qadın
cinsi disfunksiyası bir qadının həyat keyfiyyətinə mənfi təsir göstərə
bilcək sıx görülən, əhəmiyyətli və müalicə olunmalı bir durumdur.



Rəxşəndə Aslanovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!