Amenore-aybaşı gecikməsinin səbəblərini

Amenore-aybaşı gecikməsinin səbəblərini
Qadın xəstəlikləri
10.09.2017 20
Aybaşınız gecikdiyində, bunun səbəblərini bilmək çox
əhəmiyyətlidir.Normal şərtlərdə hər ay nizamlı olaraq adət
qanaxmalarında bəzən nizamsızlıqlar görülə bilər.

Amenore olaraq adlandırılan bu gecikmələrin müxtəlif səbəbləri vardır.
21 gün ilə 35 gün arasında baş verməsi halında normal dövriyyə olaraq
qəbul edilən bu qanaxmaların səbəbləri mütəxəssis şəxslərə müraciət
edilərək araşdırılmalıdır.

Qinekoloq sahəsinə aid olan adət nizamsızlıqları üçün xalq arasında bəzi fikirlər də vardır.

Adət gecikməsi hansı hallarda görülə bilər?



Hamiləlik

Bunlardan ən önəmlisi şərtlərin münasib olması halında ilk ağla gələcək
hamiləlik ehtimalıdır. Əgər belə bir ehtimal yoxsa hormonsal
pozğunluqlar və ya gələcək yaşlarda menopauza təsirilə adət gecikmələri
görülə bilər.

Yaş və müxtəlif şərtlər nəzərə alınaraq bir qadının hamiləlik
şübhələri HCG kimi müxtəlif testlərlə aradan qaldırdıqdan sonra digər
ehtimallar üzərində dayanılmalıdır.



Stress

Həddindən artıq stress və ya qalxanabənzər vəzi kimi xəstəliklər
halında görülə biləcək hormonsal pozğunluqlar, bu dövrə yaxın dərman
istifadəsi, yumurtalıq xəstəlikləri də adət gecikmələrinin başlıca
səbəblərindəndir.



Klimaksa keçid dövrü

«Klimaks» aylıq tsiklin ömürlük olaraq kəsilməsi deməkdir.    Bu dövrdə
adətiniz daha az  və ya daha çox gələ bilər.  Ya da daha çox və  ya
 daha seyrək adət ola bilərsiniz. Əgər hamilə qalmaq istəmirsinizsə,
hamiləlik əleyhinə üsullardan istifadə etmək  faydalı olar. Çünki bu
dövrdə doğurganlığınız hələ də davam etməkdədir.



Səhv hesablama

Adət dövrü qadından qadına fərqlilik göstərə bilər. Ortalama adət
dövrünün 28 gün olduğu deyilsə də bu hər qadın üçün etibarlı deyil.
Bəzən adətinizin gecikdiyini hesab etdiyiniz zamanlarda yalnız səhv
hesab etdiyinizi bilə bilərsiniz.



Çox arıq və ya kök olmaq  

Çox  kök olmaq, hormonal olaraq  adət dövrünüzü dəyişdirə bilər və  ya  
tamamilə dayanmasına səbəb ola bilər. Bir çox qadın bir
az arıqladığı  zaman  nizamlı  adət dövrünə  geri dönür. 

Bədəninizdəki yağ nisbəti kafi səviyyədə deyilsə, nizamlı adət olmaya
bilərsiniz, ya da adət dövrünüz tamamilə dayana bilər. Ümumiyyətlə bir
az kökəlmək adət nizamınızın əvvəlki kimi olmasını təmin edə bilər. Bu
vəziyyət, həddindən artıq dərəcədə idman edən ya da professional idmançı
olan qadınların yaşadığı adət gecikməsinin ən çox görülən səbəbidir.



Klimaks

Klimaks artıq aybaşı qanaxmalarının olmadığı bir dövrdür.

 

Xəstəlik

Keçirdiyiniz ani, qısa və  ya da uzun, davamlı bir xəstəlik, adətinizin
gecikməsinə səbəb ola bilər. Bu vəziyyət ümumiyyətlə keçicidir.
Xəstəliyiniz yaxşılaşdıqdan sonra adətləriniz əvvəlki
vəziyyətinizə qayıdacaqdır.



Amenore üçün nə edilməlidir? 

Adət nizamsızlığı yaşayan bir qadın ilk növbədə hamiləlik testi
etdirməlidir. Bu testin nəticəsində əldə edilən nəticə mənfi isə bu
vəziyyətdə bir həkimə müraciət etməlidir. Digər ehtimallar isə
xəstəliyi olan sahəyə aid mütəxəssislər tərəfindən aparılan müayinələr
nəticəsində təyin edilir.

Beləliklə, ən optimal müalicə üsulunun müəyyən edilməsi qısa müddət
içərisində aybaşı qanaxmalarının vaxtında olmasına yardımçı olacaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!