Xanımların diqqətinə: mastopatiyadan yaxa qurtarmağın yolları

Xanımların diqqətinə: mastopatiyadan yaxa qurtarmağın yolları
Qadın xəstəlikləri
10.09.2017 12
Onkoloq Günay Əhmədovanın yazısını təqdtim edir.

İndi
siz mastopatiyadan yaxa qurtarmaq üçün həkim müalicəsi ilə yanaşı,
özünüzdən asılı olan və hər bir xanımın yerinə yetirə biləcəyi
qaydalarla tanış olacaqsınız. Diqqətli olun və dediklərimizi yadda
saxlayıb əməl edin. Bilin ki, müasir dövrdə bu xəstəliyin müalicəsi
əsasən onu yaradan səbəbdən asılı olaraq aparılır. Çünki qadının süd
vəzində yaranan mastopatiya orqanizmdəki bəzi xəstəliklər nəticəsində
əmələ gələn fəsaddır. (Bu məqama biz əvvəlki söhbətlərimizdə
toxunmuşuq.) Ona görə də ilk növbədə mastopatiyaya səbəb olan amilləri
aradan qaldırmaq lazımdır: məsələn, bizi əzən psixoloji təzyiqi,
vücudumuzda əmələ gəlmiş hormonal disbalansı, ginekoloji
xəstəliklərimizi, qara ciyərin disfunksiyasını və s.



Hə,
əziz xanımlar. Bilirəm ki, sizi ən çox qorxudan döşünüzün əməliyyat
olunması ehtimalıdır. Yadda saxlayın ki, təyin ediləcək müalicənin növü
(cərrahi, yaxud konservativ yol) yalnız yekun diaqnoz qoyulandan sonra
dəqiqləşir. Öncə araşdıraq görək, konservativ müalicə nə deməkdir?
Diffuz mastopatiya zamanı təyin olunan bu müalicə növü iki qrupa
bölünür: qeyri-hormonal və hormonal. Fitoterapiya, homeopatik
preparatlar, vitamin kompleksləri, mikroelementlər və bioloji aktiv qida
əlavələri vasitəsilə aparılan müalicə qeyri-hormonal müalicə sayılır.
Hormonal müalicə isə hestagenlər, androgenlər, antiprolaktin
preparatları nəzərdə tutur. Konservativ müalicədə dərmanlar təyin
olunarkən nevrozun, müştərək ginekoloji xəstəliklərin müalicəsi də
nəzərə alınır, həmçinin xanımlara normal cinsi həyat sürmək, hamiləliyi
doğuşla sonlandırmaq, körpəni əmizdirmək kimi tövsiyələr verilir.



Cərrahi
müalicə əsasən mastopatiyanın düyünlü formalarında, axardaxili
papillomada, xoşxassəli şişlərdə və solitar kistalarda təyin olunur.
Lakin mammoloq kimi qeyd etməliyəm ki, cərrahi əməliyyat bu xəstəliyin
səbəbini aradan qaldırmır. Əməliyyatdan bir müddət sonra süd vəzinin
başqa hissəsində yenidən mastopatiya əmələ gələ bilər. Ona görə də
cərrahi müalicəyə seçici yanaşmaq, əməliyyatla yanaşı problemi əmələ
gətirən səbəbi də araşdırmaq və tədbir görmək lazımdır.



Xanımlar
bilməlidirlər ki, mastopatiyadan yaxa qurtarmaqda düzgün qıdalanmanın
böyük əhəmiyyəti var. Sutkalıq rasiondakı qidalar orqanizm üçün optimal
olduqda hormonal fon tənzimlənir, əks halda hormonal statusda qadın üçün
təhlükəli dəyişikliklər baş verir. Düzgün qidalanma isə yalnız hər
kəsin özündən asılıdır. Gəlin etiraf edək ki, heç bir həkim heç bir
xəstənin sutka ərzində qidalanmasını nəzarətdə saxlaya bilməz. Özünüz
gərək iradəli olasınız və zərərli qidaları qəbul etməyəsiniz. Bəs, hansı
qidalar sizin üçün faydalıdır? Bax, bunu indi öyrənəcəyik.



Təbii
ki, daim dərman qəbul etmək qeyri-mümkündür. Ona görə də, sağalmaq üçün
ümidinizi ancaq dərmanlara bağlamayın. Diqqət edin görün, içdiyiniz
bitki mənşəli dərmanların tərkibinə hansı maddələr daxildir? Bunu
dəqiqləşdirdikdən sonra həmin maddələri qida vasitəsilə də qəbul etməyə
çalışın.



Bu
baxımdan sizə bir sıra məsləhətlər verə bilərik: Əksər mammoloqlar
əmindirlər ki, mastopatiyadan əziyyət çəkən xanımlar kələm yeməlidirlər.
Çünki kələmin tərkibində estrogenlərin müxtəlif toxumalara daxil
olmasını blokada edən xüsusi maddələr var. Eyni xüsusiyyətə portağal,
ərik, qarağat da malikdir. Vacib olan məhsulların siyahısına üzüm,
albalı, mandarin, alma və kivi də daxildir. Həmçinin pomidor, təzə
şüyüd, ispanaq yemək də faydalıdır. Bilin ki, "estrogenli qadınlar"ın
süfrəsində paxla, lobya, noxud, qarabaşaq mütləq yer almalıdır. Həmçinin
soya tərkibli dənli bitkilər potensial xərçəng əleyhinə aktivliyə malik
olduqlarından qida rasionuna mütləq salınmalıdır.



Yemək-içmək
məsələsində ustad olan xanımlarımız, evdə hər kəsin nazı ilə
oynadığınız, hər bir doğmanızın ürəyincə olan menyu hazırlamağa
çalışdığınız zaman özünüzü də yaddan çıxartmayın. Əgər süd vəzilərinizdə
mastopatik problem varsa, qəhvə (kofe) içməyi azaldın; siqaretdən
tamamilə imtina etsəniz, lap yaxşı olar. Gün ərzində 1 çay qaşığından
artıq xörək duzu istifadə etməyin. Yağlı qidalardan, konservləşdirilmiş
ərzaqdan, duzlu və hisə verilmiş məhsullardan çəkinin.



Bir
məsələni də bilməyiniz vacibdir: həm kistoz-fibroz mastopatiya, həm də
süd vəzi xərçəngi (SVX) müəyyən dərəcədə bağırsaqların fəaliyyətinin
zəifliyindən, xronik qəbzlikdən, dəyişilmiş bağırsaq mikroflorasından,
gündəlik qida rasionundakı lifli qidaların miqdarından da asılıdır. Ola
bilər ki, bu halda ifraz olunmuş estrogenlər yenidən qana sorulsun. Əgər
kistoz-fibroz mastopatiya probleminiz varsa, lifli qidalar çox qəbul
etməyin, adekvat miqdarda (gündə 1,5-2 litr) maye qəbul edin.
Estrogenlər qara ciyərdə parçalandığından, bu orqanın normal
fəaliyyətinə mane olan pəhriz pozuntuları (xolestaz, yağlı qidalar,
alkoqol və digər hepatotoksik maddələr) vaxt keçdikcə estrogenlərin
orqanizmdəki balansını pozur. Öz növbəsində qara ciyərin funksiyasını
yüngülləşdirmək və normallaşdırmaq üçün B qrupu vitaminləri, yaxud A və B
vitamin kompleksi, E vitaminindən ibarət polivitaminlər qəbul
edilməlidir. Çünki bu vitaminlər orqanizmdə metabolizm və hormonal
disbalansı normallaşdırır, mərkəzi və periferik sinir sisteminin işini
tənzimləyir, yumurtalıqların və qalxanabənzər vəzin funksiyasını qaydaya
salır, immun sistemini gücləndirir və s. Məlumat üçün bildirək ki,
mastopatiyanın müalicəsində əsasən A, C, E, həmçinin B qrupu
vitaminlərdən (xüsusilə B6) geniş istifadə olunur. Təcrübə göstərir ki,
xəstəyə bu vitaminlərin təyin edilməsi süd vəzilərində ağrıları azaldır.



Nəzərə
alın ki, siklik mastopatiya zamanı (bunun əlamətlərindən biri
predmenstrual sindromdur), xüsusilə əllərin və aşağı ətrafların şişməsi
ilə müşayiət olunan mastopatiya zamanı menstruasiyadan bir müddət əvvəl
yüngül sidikqovucu vasitələrdən (məsələn, bitki çaylarından) istifadə
etmək faydalı olar. Sidikqovucular bədənin müxtəlif yerlərində toplanmış
artıq mayedən xilas olmağa imkan verir.



Onu
da xatırladaq ki, siklik və daimi xarakter daşıyan mastopatiya zamanı
byusqalterinizi də düzgün seçməlisiniz. Elə byusqalter geyinin ki, süd
vəzinin xronik deformasiyasına səbəb olmasın; xüsusən böyük və sallanan
döşlərdə vəzin sıxılmasına imkan verməyin. Əks halda düzgün seçilməyən
alt geyiminiz bağ aparatının gərginliyinin artmasına, döşlərinizin
ağrımasına səbəb ola bilər.



Qara
ciyərində problem olan xəstəyə adətən bu orqanın işini yaxşılaşdıran
essensial, karsil, B qrupu vitaminləri təyin edilir. Yumurtalıqların
iltihabi xəstəliklərində isə iltihab əleyhinə müalicə yazılır.



Xüsusi
qeyd etmək istəyirik ki, süd vəziləri qadınlarda psixoemosional
gərginliyə dərhal reaksiya verən həssas orqandır. Fikir verin, evdə və
ya işdə baş verən xoşagəlməz hallar, yorğunluq, narahatlıq, depressiya
dərhal süd vəzinizdə ağrı ilə müşayiət olunur. Bunun qarşısını almaq
üçün sizin psixoemosional vəziyyətinizdən asılı olaraq, mastopatiyanın
kompleks müalicə sxeminə bitki mənşəli yüngül sakitləşdirici preparatlar
daxil edilməlidir (məsələn, "nastoyka pustırnika, nastoyka valerianı"
kimi tanıdığımız damcılar). Əgər vəziyyət ciddidirsə, daha güclü təsirə
malik sedativ preparatlardan istifadə olunması məsləhətdir.



Belə,
əzizi xanımlar. Məsləhətlərimizə qulaq asıb əməl etsəniz, daha tez
sağalarsınız. Görərsiniz ki, həqiqətən, sağlamlıq hər kəsin öz
əlindədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!