Mastopatiya qorxuludurmu

Mastopatiya qorxuludurmu
Qadın xəstəlikləri
10.09.2017 67
Onda mastopatiya nədir?



Mastopatiya qadınlarda çox rastlanan döş ağrısı və süd vəzisi
kistalarına şərq tibbində verilən addır; qərb tibbi mastopatiya
terminindən istifadə etmir. Döş ağrısı və süd vəzisindəki kistalar isə
heç bir zaman həyat təhlükəsi yaratmır.



Bugünün müasir tibbində həm xəstəliklərin diaqnostikası və izahı, həm də
müalicələri dəlilə əsaslanır. Əgər bir insana hər hansı bir diaqnoz
qoyursunuzsa, bu diaqnoz tibbi testlər və analizlərlə resmiləşdirilməli
və dəqiqləşdirilməlidir. Buna qərbdə DƏLİLƏ ƏSASƏN tibb tətbiqi deyilir
(evidance-based medicine və ya evidance-based practice). Tibbi tətbiqlər
bu qaydaya uyğun aparılmalıdır.



Azərbaycanda mastopatiya üçün ümumi olaraq radioloji raportlarda
istifadə edilən termin budur: fibroz kistoz mastopatiya. Bəs döş ağrısı
və kistalar üçün qərb tibbi hansı termindən istifadə edir?



Keçmiş illərdə döşün radioloji müayinəsində fibroz toxumanın artdığı bir
neçə yerdə kistaların görüldüyü və bununla əlaqədar döş ağrısı olan
xəstələrdə fibro-kistik xəstəlik (fibrocystic disorder) deyilirdi. Ancaq
bunun çox yayılmış olduğunun anlaşılmasına görə xəstəlik (disorder)
sözündən vaz keçildi və onun yerinə fibrokistik dəyişikliklər (changes)
terminindən istifadə edilməyə başlandı.



Qərb tibbi yaxın zamanda bunu gördü: fibrokistik dəyişikliklər əslində
qadınlarda dəyişən hər esterogen və progesteron hormonlarına süd
vəzisinin fizioloji bir cavabıdır, uşaqlığın hər ay qanaxma ilə cavab
verməsi kimi. Bu həqiqətin anlaşılması üzərinə süd vəzisindəki bu
vəziyyət yenidən adlandırıldı: fibrokistik döş paterni.



Bugün qərb dünyasında döş ağrısı və süd vəzisi kistaları üçün radioloji
raportlarda istifadə edilən diaqnoz süd vəzisinin fibrokistik strukturu
(fibrokistik patern) cümləsidir. Bu, qadınlarda çox rastlanan bir
vəziyyətdir və günümüzdə xəstəlik olaraq qəbul edilmir.



Süd vəzisinin fibrokistik quruluşu, yəni bu kistalar və ağrı hər qadında
rastlanmasa da, bir çoxunda müşahidə edilirdi. Süd vəzisinin hormonlara
verdiyi cavabın bir az çox olması idi işin əsli.



Sonrakı araşdırmalar, illərlə süd vəzisinin fibrokistik quruluşu ilə süd
vəzisi xərçəngi arasında əlaqə olub olmadığı üzərində aparıldı. Nəticə:
fibrokistik quruluşlu süd vəzisi ilə xərçəng arasında kiçik belə olsa,
elmi əlaqə tapılmadı.



Qərbdə fibrokistik strukturlu süd vəzisi Azərbaycanda (fibroz kistoz)
mastopatiya olaraq adlandırılan bu vəziyyət əslində süd vəzisinin
fizioloji bir halıdır. MASTOPATİYA, BİR XƏSTƏLİK VƏ YA SİNDROM DEYİL.
HEÇ BİR TƏHLÜKƏSİ VƏ ZƏRƏRİ YOXDUR. MÜALİCƏ EDİLMƏSİNƏ EHTİYAC YOXDUR.
MÜALİCƏSİNİN DƏ BİLİNƏN BİR METODU YOXDUR.

Mastopatiyanı müalicə etməyə çalışmaq, aybaşı qanaxmasını müalicə etmək kimidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!