Yeni ana olan qadınlar təhlükədə! - Fibromiyalgiya ola bilərsiniz

Yeni ana olan qadınlar təhlükədə! - Fibromiyalgiya ola bilərsiniz
Qadın xəstəlikləri
10.09.2017 12
Doğuşdan sonra boyun və bel ağrıları ilə ortaya çıxan fibromiyalgiya nədir? 



Ortaya çıxma səbəbləri nələrdir? Yeni ana olan qadınları maraqlandıran bu sualları təqdim edirik. 



Ana
olmaq asan deyil. Yuxusuz gecələr, tez-tez uşaq əmizdirmək, qazdan
dolayı həmişə ağlayan bir körpə… 24 saat necə keçir heç bilmirsiz. Ancaq
bəzən bu yorğunluq nə edilsə də, heç cür keçməyə bilər. Özünüzü hələ də
üzgün, dağınıq hiss edir, boyun və bel ağrıları yaşayırsınızsa,
fibromiyalgiya (yumşaq toxuma revmatizmi) ola bilərsiniz. 



Fibromiyalgiya nədir? 



Fibromiyalgiya
yayılmış bədən ağrıları ilə özünü göstərən, amma bütün bədənə təsir
edən bir xəstəlikdir. Boyunda, kürəkdə yer dəyişdirən ağrılar yaşanır.
Həmişə yorğun, halsız olmaq, nəsə etməyə halın olmaması da yaşanan
əlamətlərdir. Üzüntü, yuxu pozuntusu, bədəndə ağrılı həssas nöqtələr,
oynaqlarda sərtlik, əllərdə və qollarda keyimə, şişkinlik hissi olur. Ən
xırda işi görəndən sonra belə, özünüzü döyülmüş kimi hiss edirsiniz.
Bağırsaqlarda qəbzlik, qaz, şişkinlik kimi nizamsızlıq görülür.
Qadınların 2%-də görünən bu xəstəlik daha çox 30-60 yaş arasında
rastlanır. 



Qeysəriyyə fibromiyalgiyaya səbəb olurmu? 



Fibromiyalgiya
psixoloji xəstəlik deyil. Bioelektrik bir xəstəlikdir. Bədənin otonom
sinir sistemi pozulduğu üçün enerji sıfıra enir. Dərmanla da müalicəsi
olmur. Ətrafınızdakılar da sizi anlaya bilmir. 



İlk
səbəb kimi uşaqlıqda yaşanan boğaz infeksiyalarının qalıcı təsiri hesab
olunur. Qeysəriyyənin yaratdığı mənfi təsir də buna yol aça bilər.
Ancaq sinir müalicəsi ala bilərsiniz. 



Unutmayın, siz çox yaxşı anasız sadəcə etmək istədiklərinizə bədəniniz yetmir. Ümidsizliyə qapılmayın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!