Ovulyasiyanın pozulması

Ovulyasiyanın pozulması
Qadın xəstəlikləri
10.09.2017 46
"Ovulyasiya” sözü latın dilində olan ovum - yumurta sözündən götürülmüşdür. Belə ki, yumurtalıqda inkişaf etməyə başlayan ilkin follikulun ölçüsü tədricən artaraq yumurtalığın divarının dartılmasına səbəb olur. Menstruasiyanın ortasında follikulun ölçüsü artaraq üzüm giləsi ölçüsünə qədər çatır. Bu ölçünün artması nəticəsində xeyli dərəcədə dartılmış olan yumurtalığın qabığı gərginliyə dözməyərək bu hissədə deşilmiş olur. Bu zaman follikulun qabığı da deşilir və onun içərisindəki maye yumurta hüceyrəsi ilə birlikdə qarın boşluğuna dağılır. Beləcə, ovulyasiya baş verir.
Uşaq dünyaya gətirmək yaşına çatmış hər bir qadın üçün ovulyasiya və onun müşayət edildiyi əlamətlərin tarixini bilmək lazımdır, axı məhz ovulyasiya günü hamilə qalmaq şansı olduqca yüksək olur.
Ovulyasiyanın olmaması müxtəlif səbəblərdən ola bilər.
Ovulyasiyanın olmaması və ya ləngiməsinin səbəbləri
-uzunmüddətli və güclü emosional streslər ola bilər. Məsələ burasındadır ki, streslər baş beyində yerləşmiş olan və ovulyasiyanı stimullaşdıran hormonlar hazırlayan, hipotalamus və hipofiz vəzilərinə təsir edir. Streslərin təsiri altında bu hormonların sintez olunması (hazırlanması) kəskin şəkildə azala bilər ki, bu da ovulyasiyanın pozulması və nəticə etibarı ilə sonsuzluğun baş verməsi ilə nəticələnə bilər.
-xeyli dərəcədə siqaret çəkilməsi
-kofe içilməsinə aludə olmaq
Yumurta hüceyrə hamilə qalmaq üçün əsas şərtdir.Ona görədə hamiləliyi gecikən qadınlarda ilk olaraq fallikulun yetişmə dinmikasına baxılmalıdır.Bunun üçün aybaşının 10cu günündən başlayaraq USM vasitəsi ilə fallikulun yetişməsinə baxılır.Bu zaman ovulyasiyanın necə baş verməsi aydın görülür.
Əgər bu prosesdə bir problem varsa müalicə olunmalıdır.
Dr. Sevinc Qehremanovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!