Qadın sağlamlığında naringinin faydaları

Qadın sağlamlığında naringinin faydaları
Qadın xəstəlikləri
10.09.2017 59
Narıncı
rəngi ilə pozitiv enerji verən naringinin biz qadınlar üçün də
faydaları çoxdur. Saç tökülməsindən sümük əriməsinə, qarın piylərinin
əridilməsindən tutmuş uşaq inkişafına qədər naringinin faydalarını sənin
üçün araşdırmışıq.  
Hamiləliyə faydaları: inkişaf
orqanlarının sağlamlığını qoruyan naringi qan dövranını yaxşılaşdıraraq
hamiləlik dövründə uşağın sağlam inkişafına köməkçi olur. 
Artıq yağları yandırır: qarın, omba və ya qollardakı artıq yağları yandıran xüsusiyyətə malik olan naringi sağlam arıqlamağa dəstək verir.
Saç tökülməsinin qarşısını alır: qadınlarda
saç tökülməsinə yaxşı təsir edən naringi tərkibindəki A vitamini ilə
yeni saçların çıxmasına şərait yaradar. Saçların həcmli və gur
görünməsinə kömək edir.
Diabetə yaxşı təsir edir: lifli
tərkibi ilə naringi diabet xəstələrinə yaxşı təsir edir. Çünki
qan şəkərini normada saxlayaraq tez acmağın və ya halsız olmağın
qarşısını alır.
Sümük əriməsinin qarşısını alır: menopoz dövründə qadınları gözləyən təhlükədə sümük əriməsinə qarşı qoruyucu təsir bağışlayır.
Gözləri qoruyur: tərkibindəki A vitamini ilə naringi gözlərin sağlamlığını da qoruyur və daha yaxşı görməsinə səbəb olur.
Qripə qarşı qoruyur: İmmunitet sistemini gücləndirən C vitamini tərkibi ilə naringi qripdən də qoruyan xüsusiyyətə malikdir.
Naringi necə yeyilir?
- Naringi 60 kaloridir. Gündə iki ədəd yeyilə bilər. Bu miqdar sağlam qidalanma və kilonu normada saxlamaq üçün idealdır
- Qəlyanaltılarda bir stəkan süd, kefir və ya qatıqla birlikdə qəbul edilə bilər
- Yaşıllığı olan salatlara, yulaf əzməsinə əlavə edilə bilər 
- Üzərinə 1 ç.q. darçın səpib qəlyanaltı zamanı yeyiləndə tox saxlayar, daha da az qidalanaraq kilo atmağa da kömək edər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!