Hamiləlik zəhərlənməsi nədir?

Hamiləlik zəhərlənməsi nədir?
Qadın xəstəlikləri
10.09.2017 46
Hamiləlik zəhərlənməsi əslində bildiyimiz növdən bir zəhərlənmə deyil. Əsl adı "pre-eklampsi" olan bu hal dilimizdə hamiləlik zəhərlənməsi olaraq bilinir.

Eklampsi "sıxılma" mənasını verməkdədir. Bu sıxılmalar hamiləlikdə keçirilən halın adıdır. Pre-eklampsi isə bu dövrün əvvəlidir. Yəni hamiləlik zəhərlənməsi eklampsi şəklində müşahidə olunan bir xəstəliyin dərhal əvvəlindəki vəziyyətdir.

Hamiləlik zəhərlənməsi sidik yolları ilə zülal itkisi, yüksək təzyiq və şişlərlə müşayiət olunan bir xəstəlikdir. Ana namizədi və körpə ciddi mənada bundan zəhərlənə bilər.



Hamiləlik zəhərlənməsi kimlərdə görülə bilər?



Hamiləlik zəhərlənməsinin 2 tipi vardır: doğuma yaxın və 30-cu həftənin əvvəlində görülən tiplər. Doğuma yaxın olan 6% ana namizədində görülür və əlamətsiz baş verir.

Hamiləlik zəhərlənməsinə daxil olan risk qrupları:



- Xüsusilə ilk doğumu edəcək olan yaşı 18 yaşdan aşağı və ya 37 yaşdan yuxarı olan qadınlar

- Çoxdöllü hamiləliklər

- Artıq çəkiyə malik hamilələr və ya hamiləlik əsnasında çox kilo alanlar

- Ovulyasiya problemi olanlar

30-cu həftədən əvvəl ortaya çıxan isə daha ciddidir və həyati təhlükə daşıyır. Bu zaman əksər hallarda hamiləlik vaxtından əvvəl doğumla sonlandırılır.



Dr. Sevinc Qehremanovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!