Abortun növləri

Abortun növləri
Qadın xəstəlikləri
10.09.2017 26
Abortun(uşaq salma)zərərlərindən çox danışmaq olar. Hər birimiz bilirik ki,abortlardan mümkün qədər qaçınmaq lazımdır..

İlk uşağını abort edənlər isə unutmamalıdır ki,ana olmaq üçün bəlkə də ən son şanslarını öz əlləri ilə məhv edirlər,çünki ilk uşağı süni yolla salmaq çox vaxt sonsuzluğa gətirib çıxardır.Müasir tibbi üsullara,süni mayalanmalara da çox güvənməyin,15 % hallarda belə hamiləliklər doğuşla nəticələnir,üstəlik bu maddi və mənəvi cəhətdən yorucudu… Süni abort Təbii ki,yaranmış vəziyyətdən yeganə çıxış yolunu abortda görən hər bir qadının özünə görə səbəbləri var,bunlara tibbi göstəriş də daxildir. Əgər siz həqiqətən də bu addımı etməyə qərar vermisinizsə,son dərəcədə ehtiyyatlı olmalısınız ki,orqanizmə daha böyük ziyan vurmayasınız.

Abortxanaları olan istənilən ginekoloji xəstəxanalarda abort eləyirlər.Hamiləliyi sonlandırmaq üçün xüsusi analizlər(ginekoloji yaxmalar,RW və VİÇ) və sizi müayinə edən həkimin göndərişi olmalıdır.Bu göndərişdə,hamiləliyin olması,müddəti ,aborta göstəriş və məsləhət olunan abortun növü qeyd edilir. Hamiləliyin süni yolla sonlandırmağın aşağıdakı növləri var:



1.Medikamentoz(dərmanla) abort–0-8 həftəyə qədər

2.Mini abort–5-6həftəliyə kimi

3.Tibbi abort–6-12 həftəyə qədər Məsləhət görərdim ki,əgər bu addımı atmağa qərar vermisinizsə,yalnız bu 3 üsuldan birinə müraciət edəsiniz və təbii ki,yüksəkixtisaslı peşəkar həkimin köməyi ilə.Yerdə qalan digər üsullar kriminal abortlar adlanır və qadın həyatı üçün ağır xəsarətlər törədə bilərlər. DİQQƏT!!! Heç vaxt özbaşınıza arzuolunmaz hamiləliyi sonlandırmağa çalışmayın.Çox ehtimal ki,siz müxtəlif mexaniki,kimyəvi və temperatur üsulları ilə düşüyə yol aça bilərsiniz,amma nə qiyməti…özünüzü riskə atmayın! Abortdan sonra alınan təhlükəsizlik tədbirləri: Süni abortdan,eləcə də özbaşına baş vermiş düşükdən sonra ciddi ağırlaşmalar olmaması üçün,qadın bir neçə müəyyən olunmuş qaydalara riayət etməlidir.



1.Abortdan sonra ilk iki həftə istənilən növ fiziki işdən uzaq durmalı;

2.Üç həftə ərzində cinsi əlaqədə olmaq qadağandır,çünki bu yolla,abortdan sonra böyük açıq yara vəziyyətində olan uşaqlığa infeksiya yoluxdurula bilər;

3.Uşaqlığın yığılmaları normal olsun deyə,vaxtlı vaxtında sidik kisəsi və bağırsağını boşaltmalıdır;

4.Qadının ümumi vəziyyəti nəzarət altında saxlanılmalıdır,hər gün hərarəti ölçülməlidir.Əgər vəziyyəti pisləşərsə,qanlı ifrazatlar olarsa,qarnın aşağısında ağrı yaranarsa həkimə müraciət etməlidi;

5.Cinsiyyət orqanlarının gigiyenasına xüsusi diqqət yetirmək lazımdır.Gündə iki dəfə zəif marqanslı su ilə yuyunmaq,alt paltarını tez-tez dəyişmək lazımdır;

6.İlk iki həftə yalnız duş qəbul etmək olar..Vanna qəbul etmək,hovuzda,çayda,dənizdə çimmək qəti qadağandır.!

7.Abortdan sonra menstruasiya siklləri ondan öncə necə idisə elə olmalıdır.Tez olması,yaxud ləngiməsi hallarında həkimə müraciət etmək məsləhətdir.İntim həyata menstruasiya olandan sonra başlamaq olar,kontraseptivlərdən istifadəni unutmamaq şərtilə.



Abortun nəticələri


Hamiləliyin yarıda sonlandırılması həqiqətən sarsıdıcıdı.Qadın orqanizmi şok yaşayır,belə ki,bütün orqan və sistemlər embrionun inkişafı üçün səfərbər olduqlarından,onun kənarlaşdırılmasından sonra çaşqınlığa düşürlər.Hormonal,immun,böyrək-qaraciyər funksiyasında,arterial təzyiqin tənzimlənməsində,dövran edən qanın həcmində disbalans yaranır.

Qadın əsəbi olur,yuxusu pozulur,əzginlik artır. Bir sözlə infeksion və iltihabi xəstəliklərin törədiciləri olan istənilən növ infeksiyanı.



Dr. Sevinc Qehremanovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!