Klimaks nədir və əlamətləri?

Klimaks nədir və əlamətləri?
Qadın xəstəlikləri
10.09.2017 30
Klimaks və ya menopauza - orqanizmin təbii "qocalma” prosesinin mərhələsidir. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər.

Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir.Klimaksın başlaması üçün orta yaş 51 yaşdır. Əksər qadınlarda menopauza 45-55 yaş arası başlayır, lakin aybaşı 55-60 yaşdan sonra da kəsilə bilir.40 yaşı tamam olmayan qadınlarda menopauza simptomları yarandıqda, erkən və ya vaxtından tez başlayan klimaksdan söhbət gedə bilər.

Klimaksın necə başladığın bilmək çox əhəmiyyətlidir. Təbii menopauza bir gecədə inkişaf etmir. Bir qayda olaraq, klimaksın yaxınlaşdığını bildirən ilk əlamətlər aybaşının tam kəsilməsindən bir neçə il əvvəl başlaya bilir.

Klimaksın ilk simptomları aşağıdakılardır:



-Qeyri-mütəmadi menstruasiya (aybaşı), gecikmələr

-Çoxlu miqdarda və uzunmüddətli mensturasiya (aybaşı)

-Istilik gəlmələri, sifətin qızarma halları, çox tərləmə

-Uşaqlıq yolunda quruluq və diskomfort

-Yuxusuzluq

-Əhval-ruhiyyənin tez-tez dəyişməsi, depressiya

-Səbəbsiz olaraq təşviş, narahatlıq hissinin keçirilməsi

-Arterial təzyiqin tez-tez dəyişməsi



Qadının həyatında klimaksdan bir neçə il əvvəlki və klimaksdan bir neçə il sonrakı dövr çox vaxt perimenopauza adlanır. Perimenopauza dövründə hamiləlik riski az da olsa qalır, buna görə də konrtasepsiyadan istifadə etməkdə davam edin.

Bəzi hallarda qadında istilik gəlmə halları klimaksın başlamasından 5-10 il əvvəl yaranır. Buna görə də hətta klimaksın ilk əlamətlərinin yaranması belə menstrurasiyanın (aybaşının) kəsilməsinin dəqiq tarixini müəyyən etməyə imkan vermir: bu, bir neçə ay və ya il ola bilər. Menopauzanın ilk əlamətlərinin yarandığı andan menstruasiyanın kəsilməsinə qədər nə qədər az vaxt keçsə, klimaksın simptomları da bir o qədər parlaq, ifadəli olar.

Ardıcıl olaraq 12 ay müddətində menstruasiya (aybaşı) olmadıqda, klimaksın başladığını söyləmək olar.Menstruasiyanın il ərzində olmaması menopauzanın əsas və mütləq simptomudur. Bütün digər simptomlar – istilik hissinin gəlməsi, gecələr tərləmə, yuxusuzluq, əhval-ruhiyyənin tez-tez dəyişməsi, uşaqlıq yolunda quruluq da aybaşı kəsildikdən sonra müşahidə oluna bilir.



Dr. Sevinc Qehremanovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!