Qadınlarda ağrıları azaldan 7 təbii vasitə

Qadınlarda ağrıları azaldan 7 təbii vasitə
Qadın xəstəlikləri
10.09.2017 21
Hər 10 qadından 9-u menstruasiyadan əvvəl və menstruasiya zamanı bu və ya digər xoşagəlməz hallar, ağrılarla üzləşir.

Bu ağrıları azaltmaq üçün dərhal dərmanlara əl atmayın. Bəzi xalq təbabəti vasitələri sizə çox yaxşı kömək edə bilər.

Bu vasitələrin arasında:



1. Nanə

Nanə spazmolitik xüsusiyyətlərə malikdir, ağrını və spazmı (sıxılma) azaldır.

1 ç.q. quru nanə 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və gündə 2 dəfə içilir.



2. Zəncəfil

Zəncəfilin də spazmoitik və həmçinin ağrısızlaşdıran və iltihabəleyhinə xüsusiyyətləri var.

3-4 sm uzunluqda təzə zəncəfil təmizlənir, sürtgəcdən keçirilir və 200
ml qaynar suda 30 dəqiqə ərzində dəmlənilir. Bu dəmləməni 1/2 stəkan
olmaqla gündə 2 dəfə içmək olar. Dəmləməyə 1 çay qaşığı bal və limon da
əlavə edə bilərsiniz.



3. Çobanyastığı

Çobanyastığı "qadın otu" sayılır. Çobanyastığı çox yaxşı spazmolitikdir.

1 ç.q. çobanyastığı 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 2 dəfə içilir.



4. Biyan kökü

1 xörək qaşığı biyan kökü 1 stəkan qaynar suda 30 dəqiqə ərzində
dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul
edin.



5. Darçın

1/2 ç.q. darçın 1 stəkan ilıq südə əlavə edin və için.



6. Mixək

3-4 mixək əzin və 100 ml qaynar suda 20 dəqiqə ərzində dəmləyin. Belə dəmləməni gündə 2 dəfə içmək olar.



7. Qatırquyruğu

1 x.q. qatırquyruğu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir,
süzülür və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir.

Sadaladığımız bitkiləri həm ayrı-ayrı istifadə etmək olar, həm də 2-3
bitkini qarışdırmaq olar (məsələn, çobanyastığı + nanə və ya
çobanyastığı + qatırquyruğu və s.).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!