Menstruasiya ağrılarını azaldan 7 təbii vasitə

Menstruasiya ağrılarını azaldan 7 təbii vasitə
Qadın xəstəlikləri
10.09.2017 35
Hər
10 qadından 9-u menstruasiyadan əvvəl və menstruasiya zamanı bu və ya
digər xoşagəlməz hallar, ağrılarla üzləşir. Bu ağrıları azaltmaq üçün
dərhal dərmanlara əl atmayın. Bəzi xalq təbabəti vasitələri sizə çox
yaxşı kömək edə bilər. Aile.lent.az saglamolun.az-a istinadən həmin
vasitələrdən bəzilərini təqdim edir.

Bu vasitələrin arasında:



1. Nanə

Nanə spazmolitik xüsusiyyətlərə malikdir, ağrını və spazmı (sıxılma) azaldır.

1 ç.q. quru nanə 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir və gündə 2 dəfə içilir.



2. Zəncəfil

Zəncəfilin də spazmolitik və həmçinin ağrısızlaşdıran və iltihab əleyhinə xüsusiyyətləri var.

3-4
sm uzunluqda təzə zəncəfil təmizlənir, sürtgəcdən keçirilir və 200 ml
qaynar suda 30 dəqiqə ərzində dəmlənir. Bu dəmləməni 1/2 stəkan olmaqla
gündə 2 dəfə içmək olar. Dəmləməyə 1 çay qaşığı bal və limon da əlavə
edə bilərsiniz.



3. Çobanyastığı

Çobanyastığı «qadın otu» sayılır. Çobanyastığı çox yaxşı spazmolitikdir.

1 ç.q. çobanyastığı 1 fincan (100 ml) qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və gündə 2 dəfə içilir.



4. Biyan kökü

1
xörək qaşığı biyan kökünü 1 stəkan qaynar suda 30 dəqiqə ərzində
dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul
edin.



5. Darçın

1/2 ç.q. darçın 1 stəkan ilıq südə əlavə edin və için.



6. Mixək

3-4 mixək əzin və 100 ml qaynar suda 20 dəqiqə ərzində dəmləyin. Belə dəmləməni gündə 2 dəfə içmək olar.



7. Qatırquyruğu

1
x.q. qatırquyruğu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir,
süzülür və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir.

Sadaladığımız
bitkiləri həm ayrı-ayrı istifadə etmək olar, həm də 2-3 bitkini
qarışdırmaq olar (məsələn, çobanyastığı + nanə və ya çobanyastığı +
qatırquyruğu və s.).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!