Qadınlar oxusun! Bu səhvlər sağlamlığınızı korlaya bilər

Qadınlar oxusun! Bu səhvlər sağlamlığınızı korlaya bilər
Qadın xəstəlikləri
10.09.2017 50
Bir çox qadınlar pəhriz, məşq, qidalanma ilə bağlı
yanlış təsəvvürlərə malikdirlər. Sağlam həyatı hədəfləyən bu əfsanələr
əksinə, onların sağlam həyatını da poza bilər.



Bu əfsanələr arasında:

1. Qadınlar ağırlıq tələb edən məşqlər etsələr, kişiyə bənzəyərlər

Qadınlarda əzələlərin böyüməsinə səbəb olan
testosteron hormonunun ancaq 20-də 1-i qədəri kişilərdə ifraz olunur. Bu
səbəbdən də güclüdürlər. Diqqətə çarpan xətlərə malik olmaq istəyən
qadınlar ağırlıq məşqləri vasitəsilə sümük sıxlığını artırıb, fiziki
olaraq güclənə bilərlər. Eyni zamanda möhkəm bir görünüşə də
yiyələnərlər.

 

2. Bədənin yığılması üçün pilates və yoqa kifayətdir

Bədənin yığılması və fiqura üçün pilates və yoqa
ağırlıq tələb edən məşqlərə alternativ deyil. Bədənə gözəl fiqura vermək
üçün əzələlərin gücləndirilməsi lazımdır. Bu səbəbdən ağırlıq məşqləri
etmək də mümkündür. Pilates və yoqa elastikliyi artırma və bədənin
gücləndirilməsi ilə yanaşı, mental rahatlama təmin edir, zədələnmələrin
qarşısını almağa köməkçi olur.

 

3. Yağlı yeməklər yağlanmaya yol açır

Alınan kalorilərin yandırılan kaloridən çox olması
artıq çəkiyə səbəb olur. Yalnız yağlı yeməkləri kəsərək yağlanmanın
qarşısını almaq olar. Kalori karbohidrat, zülal və yağlardan alınır. Bir
çox adamda yağlanmanın səbəbi sanılanın əksinə yağlardan deyil, alınan
karbohidrat miqdarının çoxluğundan qaynaqlanır.

 

4. Təbii şəkərlər sünilərə nisbətən daha sağlamdır

Arıqlamaq istəyən insanlar üçün şəkərin təbii və ya
süni olmasının heç bir fərqi yoxdur. Sağlamlıq problemindən qaçmaq və
artıq çəki yığmamaq üçün çox şəkər qəbul etməyin. Buna hər növ xəmir
məmulatları da daxildir.

 

5. Bədən hissələrinin arıqlaması üçün hədəflənən bölgənin işlədilməsi kifayətdir

Yalnız sizə artıq gələn bölgəyə istiqamətli məşq ilə
istədiyiniz kimi yağları yandıra bilməyəcəksiniz. Hansı bölgədə ən çox
yağ toplandığı və asanlıqla bədənin hansı hissəsinin arıqlaması
genetikdir. Yağ yandırmağın ən doğru üsulu kalorini müəyyən miqdarda
azaltmaq, nizamlı idmanla məşğul olmaqdır.

 

6. Passiv məşqlə daha təsirli, asan və qısa müddətdə çox daha yaxşı nəticə alınır

İnsan bədəni mühitə və vəziyyətə adaptasiya ola bilən
bir mexanizmdir. Bədənin vərdişlərindən imtina etməsi və formalaşması
üçün ağırlıq məşqlərinə və ürək ritmini yüksəldən hərəkətlərə ehtiyacı
vardır. Məşq nə qədər asan olsa, faydası da o qədər az olacaq.
Tərləməsəniz, arıqlamayacaqsınız.

 

7. Ağırlıq məşqləri sümük və əzələ kütləsini qoruyur

Gündəlik fəaliyyəti sabit tutsaq belə, hər 10 ildə
əzələ kütləsinin 5%-i itirilir. Yaş irəlilədikcə əzələ liflərinin yerini
kollagen toxuma doldurmağa başlayır. Buna görə də hərəkət qabiliyyəti
azalır. Geri qayıda bilməyəcəyiniz yola başlamadan qarşınıza məqsəd
qoyun, ağırlıq məşqləri edərək əzələ liflərinizi canlı saxlayın.

 

8. Çəki azaltmaq üçün ac qalmaq lazımdır

Pəhriz saxlayarkən ac qalmaq, sağlam olmayan formada
qidalanmaq verilən çəkinin qısa müddətdə geri qayıtmasına səbəb olacaq.
Məqsədiniz davamlı sağlam qidalanma vərdişləri yaratmaq olmalıdır.
Bununla çəkinizi idarə etmək asan olacaq.

 

9. Məşq etmək üçün ideal saat varmı?

Məşq etmək üçün ideal saat nizamlı olaraq edə
biləcəyin saatdır. Enerji və motivasiyanın yüksək olduğu saatlarda məşq
edin. Bu zaman insan özünü daha çox məcbur edir və bununla da çox fayda
qazanırsınız. Gündəlik həyat qrafikinizə hansı saat uyğundursa, o saatda
məşq edə bilərsiniz. Əhəmiyyətli olan məşqi enerjinizin yüksək olduğu
saatda və nizamlı olaraq etməkdir.

 

10. Məşq edərək yağı əzələyə çevirmək olar

Yağlar və əzələlər bədəndə fərqli toxumalardır və
bir-birlərinə çevrilə bilməzlər. Məşqə başlayan zaman yağlar
yandırılmağa başlanır və əzələlər bərpa edilir. Bunların eyni zamanda
baş verməsi "məşq edəndə yağ əzələyə çevrilir” kimi yanlış fikir
yaranıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!