Döş vəzi xərçəngində erkən diaqnoz çox əhəmiyyətlidir

Döş vəzi xərçəngində erkən diaqnoz çox əhəmiyyətlidir
Qadın xəstəlikləri
10.09.2017 28
Onkoloji mütəxəssislər hər 8 qadından birində məmə xərçənginin inkişaf etdiyinə diqqət çəkərək, erkən diaqnozun çox əhəmiyyətli olduğunu söyləib, mövzuyla əlaqədar əhəmiyyətli məlumatlar paylaşdılar.
Son illərdə məmə xərçəngi qadınlarda
ən sıx görülən xərçəng növü olub bütün dünyada
hər 8 qadından birində məmə xərçənginə təsadüf edilir.
Bu xəstəlikdə müalicə yanaşmaları hər xəstə üçün eyni deyil. Əvvəlcə şiş diametri, şişin qoltuq altındakı limfa vəzilərinə və uzaq orqanlara yayılıb - yayılmama vəziyyəti təyin edilməlidir.
Ümumiyyətlə, müayinədə ələ gələn qoltuqaltı limfa vəzi düyünlərində mütləq xəstəni kompüterli tomoqrafiya və sümük kimi (və ya bunların yerinə yalnız PET-CT) ilə qiymətləndirmə edib, orqanlara yayılma olub-olmadığı dəqiqləşməlidir.
Xəstənin qoltuq altı limfa düyünlərində şaxələnmə varsa və şiş diametri kiçiksə yenə əməliyyat əvvəlində mütləq heç olmasa USM və ağciyər rentgeni ilə qiymətləndirmə edilməlidir.
Qoltuq altında ilk qiymətləndirmədə (müayinə və göstərmə üsullarıyla) düyün varsa, ancaq göstərmə üsullarıyla hər hansı bir orqanda şaxələnmə müəyyən olunmamışsa, ya da şiş diametri böyüksə (ilk halıyla bütün məmənin alınmasını tələb edəcək qədər), həm şişin erkən dövrdəki mikrometastaz ilə digər orqanlara hüceyrə
səviyyəsində yayılmasına mane olmaq üçün, həm də şişin kiçildilib məmə qoruyucu cərrahı əməliyyat edilə bilməsini asanlaşdırmaq məqsədi ilə əməliyyat əvvəli kimyaterapiya
müalicəsi edilməsi məsləhətlidir.
Mütəxəssislər hər bir qadının öz sağlamlığına çox diqqətli olmalarına diqqət çəkərək, hər 6 aydan bir profilaktiki
müayinələrdən keçmələrinin vacib olduğunu söylədilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!