Sizlər üçün - mütləq oxuyun!

Sizlər üçün - mütləq oxuyun!
Qadın xəstəlikləri
10.09.2017 53
Adətən evdən başqa yerdə tualetə getmək bizlər üçün böyük işgəncədir. Hələ getdikləri ictimai tualetdirsə…
Ancaq bunu bəhanə edərək sidiyi saxlamaq çox zərərlidir. Qeyd etmək lazımdır ki, sidiyi saxlamaq pis tualetə getməkdən 50 dəfə daha çox zərərlidir. Bəs bu vərdişin gətirdiyi zərərlər hansılardır?

Bel ağrısına səbəb olur.
Qadınlarda sidiyi saxlamaq vərdişi çox geniş hal alıb. Onlar ümumi tualetlərin gigiyena və təmizliyindən şikayət edərək, mikroba yoluxma təhlükəsini düşünərək sidiklərini saxlayırlar. Bu da sidik ifrazı sistemini pozur. Nəticədə qadınlarda ilk əvvəl sidik kisəsinin həcmi lazımsız artaraq qasıq ağrılarına, sonrakı mərhələdə isə sidik böyrəklərdə yığılaraq bel ağrılarına səbəb olur.

Sidiyi saxlama nəticəsində qadınlarda sidik ifrazına xidmət edən əzələ sistemləri get gedə incəlir və ifraz gücü azalır. Nəticədə, bu insanlar 15-20 il sonra sidiyə gedə bilməz hala gəlirlər. Daha uzun müddət bunu vərdiş edənlər isə dializə kimi gedib çıxan ciddi problem yaşaya bilərlər.

Mütəxəssislərin fikrincə, gündə iki dəfə tualetə gedənlər çox böyük səhv edirlər. Gündə iki dəfə tualetə getmək çox ciddi fəsadlarla nəticələnə bilər.

Əsasən, qızların ilk məktəb dövründən etibarən tualetə getmədiyini deyən mütəxəssislər, məktəbdə su içməyi, iki tənəffüsdən birində mütləq tualetə getməyi məsləhət görür.

Məktəbdə də, bayırda da mütləq tualetə getməlisiniz. Tualetə getməmək, maye içməmək ən böyük yanlışlıqdır.
Harada olursunuz-olun, 3 saatdan bir tualetə getməyi unutmayın.
Sidik kisəsin yaxşı qoruyun ki, böyrəkləriniz sizə ömür boyu xidmət etsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!