Bilmədən menopoza girmiş ola bilirsiniz

Bilmədən menopoza girmiş ola bilirsiniz
Qadın xəstəlikləri
10.09.2017 28
Bir çox xəstəlik, diaqnoz üçün çox gec qalındığından müalicə edilə bilməz hala gəlir.

Bu xəstəliklərdən biri də vaginada görülən atrofi.

Daily Maildə nəşr olunan və Amerikan Menapoz Birliyi tərəfindən icra edilən yeni bir araşdırmaya görə qadınların 80%-indən çoxu xroniki ağrıya səbəb ola biləcək ancaq əslində müalicə edilə bilər olan bu xəstəliyin adını belə eşitməmiş.

40 yaşdan yuxarı qadınların 45%-ini təsir edən VVA, vulva yəni dişi artıma orqanının xarici hissəsi və vaginada quruluq, qaşıntı, yanma, axıntı və narahatlığa səbəb olur.

Müalicə edilməzsə illərcə müddət biləcək xroniki vaginal ağrıya səbəb ola biləcək bu vəziyyət cinsi əlaqədən qaçmağa səbəb ola bilir.

Vulva və ya vaginada atrofi deyilən vəziyyət, aşağı östrojen səviyyəsi və vaginal bölgəyə gedən qan tədarükündəki azalma nəticəsi ortaya çıxır.

Vagina, normalda ifraz etdiyi təbii sürüşkənləşdiricini ifraz edə bilməz halına gəlir və yeni hüceyrə istehsalı dayanır.

Yeni hüceyrə istehsalı dayandıqdan sonra qalan hüceyrələrin ölümü üzərinə vagina divarları daha incə, daha quru və ümumiyyətlə yanğılı bir hala gəlir.

Araşdırmanı icra edən mütəxəssislər qadınların bədənlərində görülən dəyişikliklər mövzusunda şüurlu olması lazım olduğunu vurğulayır.

Özümüzü tanımalıyıq. Nəticədə reallaşan bir problemi ancaq biz adlandıra bilərik. Həkimə getməkdən çəkinməməyi, özümüzlə əlaqədar vəziyyətləri qiymətləndirməyi öyrənməliyik.

Qrip olduğumuzda necə həkimə gediriksə vaginada axıntı, qoxu, fərqlilik, yanma, iltihab kimi bir problem yaşadığımızda da həkimə müraciət etməliyik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!