Vaginanın gigiyenası

Vaginanın gigiyenası
Qadın xəstəlikləri
10.09.2017 22
Vaginanın öz-özünü təmizləməsi ən yaxşı üsuldur. Vajinanın xaricini ilıq suyla ya da ph balanslı sabunlarla yuya bilərsiniz. Ola bildiyincə də tampon, sprey kimi materiallardan uzaq dayanmaq lazımdır, bunlar vaginal infeksiya riskini artıra bilər.

Vagina öz-özünü necə təmizləyər?
Vagina mukoid adlı bir maye ifraz edərək öz-özünü təmizləyir. Sağlam vaginada da bir miqdar maye axıntı olur ki, bu vaginanın öz mayesidir. Vagina öz ph-nı sabit tutaraq antibakterial bir mühit yaradır, bir sıra infeksiyalarda da uyğun diaqnoz və müalicə üçün ginekoloqlara müraciət etmək lazımdır.

Vaginal duş ilə hamiləlikdən qorunmaq mümkündürmü?
Vaginal duş ilə hamiləlikdən qorunmaq qətiliklə mümkün deyil. Ayrıca xarici hamiləlik kimi həyatı təhdid edə biləcək və yumurtalıqlara zərər verəcək bir xəstəliyin ehtimalını da artıra bilər. Doğum idarə üsulu olaraq vaginal duş istifadə edilə bilməz.

Qinekoloq müayinəsindən əvvəli vaginal təmizlik etmək doğrudurmu?
Vaginal axıntı, qoxu, yanmalarda qətiliklə vaginal duş istifadə edilməz. Vaginal duş yalnız anlıq şikayətləri gizləyər və xronikiləşməsini təmin edər, mövcud vəziyyəti daha pis bir nöqtəyə gətirib çıxara bilər..
• Pis qoxulu axıntılarda
• ağ və ya yaşıla bənzər axıntılarda
• vaginada yanma, qaşıntı, qızarma vəziyyətlərində
• sidik edərkən yanmada
• cinsi əlaqə əsnasında ağrı və ya narahatlıqlarda mütəxəssis həkimə müraciət etmək lazımdır. Müayinə əvvəli vaginal duş etmək həkim baxımından diaqnoz qoymağı çətinləşdirır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!