cinsəllik

cinsəllik
Video - Musiqi
10.09.2017 5
Ümumiyyətlə cinsəllik kapitalizm üçün çox gəlirli sahədir. Bu sektorun əhatə dairəsi olduqca genişdir. Canlı seks şouları, porno yayımlar, videolar, fetiş və striptiz klublar, kiber seks və sairələr ilə böyük bir bazardır. Qərbdə qəzet satıcılarının masasının üstündəki jurnalların ən azı üçdə bir hissəsi göz oxşamaq üçün nəzərdə tutlan şəkillərdir. Bu jurnalların tirajı, digər jurnallardan daha çoxdur və onların gəliri kifayət qədərdir. Hətta iş o qədər böyümüşdür ki, bu cür jurnalların ixracı Qərb ölkələrinin iqtisadiyyatında mühüm rol oynayır. Rəssamlıq, musiqi, kino, teatr, jurnal, kitab, şəkil və poçt markaları – bütün bunlar qadını bazara çəkib aparır. Ancaq sekslə bağlı istehsal sahələri bunlarla sona yetmir. İqtisadiyyatın daha iki böyük sahəsində çalışanlar qarətçilik məqsədilə gözlərini qadına dikmişlər: Bəzək ləvazimatları yaradanlar və moda müəllifləri. Əgər mənəvi mədəniyyət maddi mədəniyyəti əvəz etsə və qadın öz şəxsiyyətini zahiri görünüşü və bədəni kimi qəbul etməsə, bu böyük istehsal sahələrinin vəzifəsi nə olacaqdır ?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!