Bütün dünyanı güldürən müsabiqə - Video

Bütün dünyanı güldürən müsabiqə - Video
Video - Musiqi
10.09.2017 11
Milli paltarlar geyinib, gözəllik yarışına çıxdılar.



Keniyanın Lamu adasında dünyanın ən qəribə gözəllik yarışlarından biri keçirilib.  Bu dəfə insanlar yox, uzunqulaqlar öz xarici görünüşləri ilə göz oxşamağa çalışıb.



Müsabiqədə iştirak etmək üçün ölkənin müxtəlif bölgələrindən onlarla uzunqulaq Lamu adasına gətirilib. Bəzi uzunqulaq sahiblərinin, yarışda qalib gəlsin deyə öz eşşəklərini makiyaj etməsi də diqqətdən yayınmayıb. Müsabiqəyə müxtəlif geyim aksesuarları ilə çıxan uzunqulaqların hansının daha gözəl olduğunu  ayırd etmək bir az vaxt aparıb.



Münsiflər heyəti  eşşəklər arasında öz seçimini edərkən bəzəyə və sağlamlığa daha çox diqqət ayırıblar. Sağlamlıq dedikdə, bura həmin uzunqulaqların gönünün hamarlığı və dişlərinin ağlığı da daxildir. Əlbəttə jürinin rəyinə birbaşa təsir göstərən bir başqa xüsusiyyət də həmin uzunqulaqlarla sahibləri arasındakı "qarşılıqlı  anlayış" olub.



Müsabiqədə Abdulla Səlim adlı sakinə məxsus "qısqanc" ləbəqli eşşək ən gözəl uzunqulaq adına layiq görülüb. Müsabiqənin qalibinə isə maddi baxımdan o qədər də sanballı olmayan mükafat verilib.





скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!