Gözdən əlil qadın bətnindəki körpəni "gördü" - Video

Gözdən əlil qadın bətnindəki körpəni
Video - Musiqi
10.09.2017 12
Braziliyada yerli xəstəxanalardan biri və 3D çap şirkəti ilkə imza atıb.



Ultrasəs aparatından lentə alınan görüntüləri 3D printerdən çıxaran mütəxəssislər, bununla görmə qabiliyyətindən məhrum olan hamilə bir qadına bətnindəki uşağın hansı formada olmasını anlamağa şərait yaradıb.



Ana olmağa hazırlaşan hamilə qadınların ultrasəs aparatından bətnindəki uşağı izləmək sözlə izahı çətin olan həyəcanlı bir duyğudur.  Braziliyalı Tatiana isə bu duyğudan çox uzaqdır. Gözləri görməyən hamilə qadın tez-tez həkimlərdən bətnindəki uşağın bədən quruluşunun necə olduğunu soruşurdu. İndi bu suala ehtiyac qalmayıb.



Ultrasəs aparatından uşağın formasını 3D aparatı vasitəsilə çap edən həkimlər bununla gözdən əlil Tatiananın dünyaya gətirəcəyi övladın sifət quruluşunu təqdim edib.



Uşağın sifətinin təsvir olunduğu lövhənin üzərində brayl əlifbası ilə "mən sənin oğlunam" yazılıb.  Gözdən əlil qadın bu yazını oxuyub, oğlunun sifətini hiss edəndə emosional anlar yaşayıb.  Hamilə qadının bu görüntüləri qısa zamanda ölkədə və dünyada geniş auditoriya kütləsi tərəfindən izlənilib.





скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!