Sevgi xərçəng xəstəliyini tanımır... - Video

Sevgi xərçəng xəstəliyini tanımır... - Video
Video - Musiqi
10.09.2017 7
24 yaşındaki Lucas D’Onofrio xəstəxanada kemoterapiya alan sevgilisi 21 yaşındaki Tamara Bruzzoya sürpriz evlilik təklifi edib.



Sevgililər günündən bir gün öncə xəstəxanaya yatırılan və lenfoma xərçəng xəstəliyi diaqnozu qoyulan Tamaraya təcili kemoterapiyalara başlanmışdı.



Bu uzun və ağrı-acılı müddət ərzində sevgilisi Lucas bir saniyə olsun belə onun yanından ayrılmamış.



Nəhayət, Lucas son kematerapiyadan sonra evlilik təklifi etmək qərarına gəlir və bu işdə ona xəstəxananın işçiləri, valideyn və yaxın qohumları kömək edir.



Tamara otaqdan kənara çıxarılır, tibb bacıları onun başını qatır, otaqdakı 30 nəfər 20 dəqiqə içərisində inanılmaz sürətlə otağın bütün dekorasiyasını dəyişir. Qırmızı güllər, şarlar, xırda şamlar…



Və o an! Lucas göz yaşlarına boğulan Tamaranın qarşısında diz çökür və gələcəyə ümid dolu şirin sözlərlə evlilik təklifini edir. Tamaradan razılıq cavabı alan Lucas artıq dünyanın ən xoşbəxt insanı olduğunu bildirir.

Qadınlar.Biz həmin anları sizlərə təqdim edir.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!