10 ən maraqlı tibbi fakt - Video

10 ən maraqlı tibbi fakt - Video
Video - Musiqi
10.09.2017 20
Dünyanın müxtəlif tibb ocaqlarında yaşanan maraqlı və qeyri-adi hadisələr eşitdiyiniz zaman sizi də təəccübləndirəcək.



Ən yüksək bədən hərarətiniz nə qədər olub? Yəqin ki, 46,5 dərəcə demək heç kimin ağlına gəlməz. Lakin 1980-ci ildə Uili Conson adlı şəxs məhz bu cür bədən temperaturu ilə xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən hər şey yaxşı nəticələnib və 24 gün sonra Uili xəstəxanadan evə buraxılıb.



1994-cü il 23 fevral tarixində tibb işçiləri daha bir anomaliya ilə qarşılaşdılar. Kanada sakini 2 yaşlı Karli Kazılovski ən aşağı, yəni 14,2 dərəcə temperatur ilə xəstəxanaya gətirilmişdi.



Əməliyyat olunan 42 yaşlı qadının mədəsindən 2533 metal əşya çıxarıldı. Eşidən, görən hər kəsin təəccübünə səbəb olan və ən maraqlı tibbi fakt kimi tarixə düşən hadisə İngiltərədə qeydə alınıb.



İndiyə kimi insan bədənindən çıxarılan ən ağır cisim 2,35 kq ağırlığındakı saç olub. Onu da qeyd edək ki, dünyada trixofagiya adlı xəstəlik mövcuddur ki, bu zaman insanlar öz saçlarını yeyirlər.







скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!