Şeir: Bir fincan qəhvə - Xəyal Ölməz

Şeir: Bir fincan qəhvə - Xəyal Ölməz
Video - Musiqi
10.09.2017 18
BİR FİNCAN QƏHVƏ

Bir fincan qəhvənin
Qırx il xətiri vardı bəs,
Bu söz əbəs yerəmi idi?
Ey uzaqlarda olan, kəs!
Yeni bir şeylər yaz deyir,
İçimdəki məchul bir səs.
Həyatımız bitəcək...
Əgər gəlmək istəsən,durma, tələs.
Zamanın məlhəm ola bilmədiyi
O qədər var ki mərəz, saymaqla bitməz.
Bir ömür yaşayırıq, elə bil, ürəyimizdə
Qaynar kömür daşıyırıq.
Buna görə, bu alov öz xoşluğu ilə sönməz.
Bu necə bir gediş ki,
Qəhvə falında heç gəlişin belə görünməz.
Yalan ayaq tutar, amma çox yürüməz,
Sən elə sətirlərim üstə gəz,
Ey gedər gəlməz!!!

Şeir: Xəyal ÖLMƏZ


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!