Minlərlə insanı mat qoyan 4 yaşlı uşaq – VİDEO

Minlərlə insanı mat qoyan 4 yaşlı uşaq – VİDEO
Video - Musiqi
10.09.2017 19
Rusiyanın paytaxtı Moskvanın 4 yaşlı sakini qeyri-adi istedadı ilə gündəmə gəlib.
4 yaşlı Bella Devyatkina 7 dildə sərbəst danışır. “Rossiya” telekanalında “Təəccüblü insanlar” proqramının iştirakçısı olmuş qızcığaz son günlər sosial şəbəkələrdə məşhurlaşıb.
Təkcə onu demək kifayətdir ki, onun görüntülərini əks etdirən videoçarx bir gündə “YouTube” sosial şəbəkəsində 100 min nəfər tərəfindən izlənilib.
Bella Devyatkinanın qeyri-adi istedadı həm də onun ingilis, fransız, ispan, alman, çin, ərəb və rus illərində “aksentsiz” danışmasıdır. Onun videogörüntülərini izləyənlər heyrətlərini gizlədə bilməyərək videoçarxa müxtəlif rəylər yazıblar.
Bella Devyatkina seyrçiləri təkcə 7 dildə sərbəst danışması ilə yox, mahnı oxuması, şeir söyləməsi, hətta astronomiyadan suallara cavab verməsi ilə təəccübləndirib.

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!