Rok əfsanəsi necə müflis oldu?

Rok əfsanəsi necə müflis oldu?
Xəbərlər
10.09.2017 15
 
Ozzi Osbronun həyatında qara günlər davam edir. 






Dünya rokunun ən məşhur simalarından biri Ozzi Osborn bir vaxtlar ən varlı musiqiçilərdən sayılırdı. Hər halda ötən ilədək o, 150 milyon dollarlıq varidatla Böyük Britaniyanın ən zəngin adamları siyahısında idi.

İndisə Ozzi Osborn və onun avradı Şeron çox ağır maliyyə problemləri ilə qarşılaşıblar.

Ailənin ABŞ-da ödəmədikləri vergi borcları 1,6 milyon dollara çatıb.



Bu səbəbdən də onlar dəbdəbəli malikanələrindən birini itirə bilərlər.



"Necə müflis olduğumuzu anlamıram. Yalnız özümüzə güvənə bilərik. Sən demə, bu acı həqiqəti anlamaq üçün çox sınaqlardan keçməli, çox problemlərlə üzləşməliydik", - Ozzi Osborn bildirib.



Birləşmiş Ştatların Vergi Departamenti isə Osbornlar ailəsinin vergi borcları ucbatından onların Los-Ancelesin Hayden Hilss səmtindəki 10 milyon dollarlıq malikanəsini müsadirə edə bilər.



Eyni zamanda, ailənin Malibudakı 11 milyon dollarlıq malikanələri də müsadirə təhlükəsi ilə üzləşib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!