Səidə Dadaşova qəzaya düşdü

Səidə Dadaşova qəzaya düşdü
Xəbərlər
10.09.2017 13
 

Türkiyədə yaşayan azərbaycanlı müğənni Səidə Dadaşovanın ayağı sındı. 




Müğənni
Səidə Dadaşova motosikletdən yıxılaraq xəsarət alıb. Bu barədə məlumatı
müğənninin həyat yoldaşı Səlcuq Sami Gökgöz verib. 
Dediyinə
görə, xanımı Səidə Dadaşova ilə birlikdə motosikletlə gəzirmişlər.
Motosiklet yolda hərəkət edərkən onların qarşısına maşın çıxıb və qəzaya
uğrayıblar. Maşınla toqquşan motosiklet aşıb və yerdə bir neçə metr
sürüklənib.
Səidə
və həyat yoldaşının başında qoruyucu şlem olduğundan, başlarından
xəsarət almayıblar. Amma Səidə Dadaşova sol ayağının topuğundan xəsarət
alıb. Müğənni xəstəxanaya aparılıb və məlum olub ki, onun ayağı sınıb. 
Xəstəxanada ayağına gips qoyulan Səidə Dadaşova evə buraxılıb. Həyat yoldaşı isə qəza zamanı xəsarət almayıb. 
S.Dadaşova hazırda evindədir. O, altı həftədən sonra İzmirdə səhnəyə qayıtmaq niyyətindədir.
Səlcuq Sami isə qəzadan təəssüfləndiyini dedi: "Mən
23 ildir motosiklet sürürəm, amma bu, ilk qəzam idim. Səidə xanıma çox
böyük keçmiş olsun. Mən bir də belə bir məsuliyyəti üzərimə götürüb,
xanımımı motosikletə mindirmərəm. Çünki onun həyatını bir daha təhlükəyə
atmaram. Şükürlər olsun ki, Allah bizi qorudu. Uzun illərin təcrübəsinə
baxmayaraq, həyatımda ilk dəfə idi qəza keçirirdim, amma bir daha
motosiklet sürməyəcəm” – deyə S.Dadaşovanın həyat yoldaşı fikirlərini bölüşdü.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!