“Rusiya gözəli” həbs edildi

“Rusiya gözəli” həbs edildi
Xəbərlər
10.09.2017 21
 
Keçmiş "Rusiya gözəli” Anna Malova Nyu-Yorkda həbs edilib. 



O, dərman preparatlarının qanunsuz yolla əldə edilməsi və saxlanılmasında ittiham olunur. Manhetten prokurorluğunun məlumatında deyilir ki, keçmiş gözəllik kraliçası onu müalicə edən həkimlərin kabinetlərindən oğurladığı reseptlərlə güclü təsirə malik ağrıkəsici preparatlar alıb. Həkimlər reseptlərin itməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər, Anna Malova isə aptekdə dərman alarkən həbs edilib. Faktla bağlı araşdırma aparılır.



Qeyd edək ki, Anna Malovaya qarşı analoji ittihamlar 2010-cu ilin mayında da irəli sürülmüşdü. O, həmin vaxt apteklərdən birindən oğurluq reseptlə dərman almışdı.



Anna Malova 1998-ci ildə "Rusiya gözəli” titulunu qazanıb. O vaxt 26 yaşı olan rusiyalı gözəl "Dünya gözəli” müsabiqəsinə də qatılıb və yarımfinaladək irəliləyib. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!