“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR

“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR
Xəbərlər
10.09.2017 61
Sahibə Nəzərova: "Ən iyrənc şey kişinin qeybət etməsidir”
Bizimxeber.az-ın bu dəfə ki, müsahibi "Star life” maqazin proqramının aparıcısı Sahibə Nəzərovadır.

- Sahibə xanım, neçə ildir televiziya sahəsindəsiniz?

- 1 il yarım olar. "Xəzər” TV-yə gələndə televiziyada təcrübəm yox idi.
Deyə bilərəm ki, aparıcı kimi məni "Xəzər” televiziyası yetişdirib. Bu
həqiqətən də belədir.
- Özünüz ixtisasca nəçisiniz?

- Mən İncəsənət Universitetinin estrada aktyoru fakültəsini bitirmişəm.
İxtisasca aktrisayam. 1-ci kursda kurs rəhbərimiz Aleksandr Şarovskiy
idi, amma müəyyən səbəblər üzündən 2-ci kursda rəhbərimiz dəyişildi və
xalq artisti Arif Quliyev oldu. Biz onun ilk tələbələri idik.
- Nə səbəbə teatrda çalışmaq istəmədiniz?

- Mən məktəbdə oxuyanda artıq Abdulla Şaiq adına Kukla Teatrında
işləyirdim. Bu teatrda aktrisa Lalə Məmmədova mənim müəlliməm olub.
Hətta, İncəsənətə Universitetinə qabiliyyət imtahanına da məni o
hazırlayıb, onun sayəsində mən qabiliyyət imtahanından yüksək qiymət
almışdım. O gündən bu günə kimi Lalə ilə yaxın rəfiqəyik. Daha sonra
Gənc Tamaşaçılar teatrına gəldim, çox az müddətdə burada işləyəndən
sonra Bakı Uşaq Teatrına gəldim. Mən teatrı çox sevirəm, hansısa
tamaşaya baxmağa gedəndə də özümü səhnədə təsəvvür edirəm, hətta ağlamaq
istəyirəm (gülür). Səhnədən doymamışam, amma teatra qayıtmaq istəmirəm.
Mən kino aktrisasıyam.
- Seçim qarşısında qalsanız, aparıcılığı seçərsiniz, yoxsa aktrisa sənətini?

- Aparıcılığı seçərəm.
- "Star life” maqazin proqramı çox reytinq qazanıb. Özünüz necə, başqa televiziyalarda olan şou proqramları izləyirsiniz?

- "Star life” yeganə qalmaqalsız maqazin proqramıdır və daha çox
sənətçilərin yaradıcılıq həyatını göstərir, yaddan çıxmış
sənətkarlarımızı yada salır. Hərdən başqa televiziyalarda olan maqazin
proqramlarını da izləyirəm.
- Son zamanlar sizi "Döngələr” serialında görürdük. Başqa nə kimi təkliflər gəlir sizə?

- Təkliflər çoxdur, bu yaxında da 2 təklif almışam. Amma hələ qəbul edib
etməyəcəyim dəqiq deyil. Biri ailə dramıdır, inşallah yaxşı olar.
Sadəcə hər təklif olunan rolu qəbul etmirəm. Onu da qeyd edim ki,
çəkildiyim filmlərdə əməkdar artist Sənubər İskəndərlinin
məsləhətlərindən faydalanıram. İlk dəfə rejissor Ülviyyə Könülün "Vəkil
hanı” filmində çəkilmişəm, o zaman 3-cü kursda oxuyurdum. Sənubər xanım
aktyorlarla işləyirdi. Təcrübəm bir o qədər də yox idi. Sənubər xanımla
orada şəxsən tanış oldum. Onun verdiyi məsləhətləri qulağımda sırğa
etmişəm. Artıq 2-ci dəfə başqa bir təklif alanda onun verdiyi
məsləhətlər mənə çox kömək oldu. O mənə demişdi: "Sənin daxilində olan
istedadı mən görürəm və bu hələ sənin yeni addımlarındır. Mən sənə
inanıram”. Sənubər xanımdan bu sözləri eşitmək özü bir uğurdu.
- Dəyişkən xanımsınız, yoxsa bu belə görünür?

- Əhvalım tez -tez dəyişir, mənə hər şey təsir edir, hava, ətrafdakılar,
tərs baxış və s. Çox insanlar deyir ki, mən efirdə adi həyatda
göründüyüm kimi deyiləm. Amma özüm dəyişikliyi və eksprementləri
sevmirəm.
- Amma istəsəniz də, istəməsəniz də çox dəyişkən xanımsınız…

- Şəkillərdə və efirdə elə görünür (gülür). Həm də axı aktrisayam. Amma
inanın ki, özüm buna çalışmıram ki, dəyişim. Ümumiyyətlə dəyişiklikləri
sevmirəm, dəyişkən görünürəmsə, bu, həmişə təsadüfən alınır.
- Başqa nə kimi layihələr üzərində işləyirsiniz?

- "Star life” maqazin proqramından başqa hələ heç bir layihəm yoxdur.
- Ailə haqda düşünürsünüz?

- Ailə qurmaq istəmirəm (gülür). Hələ ki, bu haqda düşünmürəm. Elə bir
oğlan yoxdur ki, istədiyim bütün xüsusiyyətlər onda olsun. İndiki
oğlanların əksəriyyəti elə bil qız xarakterlidir. Çox küsəyən, naz edən
olurlar. Müşahidə etmək qabiliyyəti də aktyorlara xas olan bir
xüsusiyyətdir. Dodaq boyasının, dırnaqın rənginin yaraşıb yaraşmadığı
haqda danışırlar, maraqlanırlar ki, hansı qadın mağazasında endirimlər
var, sevgilisinə desinlər. Ən iyrənc şey isə kişinin qeybət etməsidir.
Özlərini bəzəyirlər, dəblə ayaqlaşmaq lazımdır, amma unutmaq lazım deyil
ki, sən kişisən. Əgər qadınların, qızların geyimləri müzakirə olunursa,
o zaman kişilərin, oğlanların geyimlərindən danışmağa heç dəyməz. Bu
dəhşətdir (gülür).
- Özünüzə necə xarakterli bir gələcək həyat yoldaşı arzulayırsınız?

- Deyirlər ki, oğlanlar özlərinə daha çox anasına və ya bacısına oxşayan
qız axtarırlar, qızlar isə atası xasiyyətində bir adama ərə getmək
istəyirlər. Mən atamın qızıl xasiyyətinin heç olmasa 10 %-ni hansısa
oğlanda görsəm, deyərəm ki, bu oğlana ərə gedə bilərəm. Ailəsini
düşünən, eyni zamanda şən, qeybətə nifrət edən, ədalətli bir insanla
ailə həyatı qurmaq istərdim.
- "Star life” tamaşaçılarına sözünüz…

- "Star life”-ın öz tamaşaçıları var. Demək istəyirəm ki, hər zaman
onlara maqazin aləmindən ən son və ən maraqlı xəbərləri təqdim etməyə
davam edirik (gülür).

“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR  “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR


 
“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR  “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR
 
“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR


 
“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR  “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR
 
“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR


 
“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR  “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR
 
“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR  “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR


 
“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR  “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR
 
“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLARскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!