Azərbaycanlı teleaparıcı:"Ola bilər ki, ailə qurmayım və ..." [foto]

Azərbaycanlı teleaparıcı:
Xəbərlər
10.09.2017 46
ANS-in "İncə Maraqlar" verilişinin aparıcısının Milli.Az-a müsahibəsi

- Rejissorluq fakültəsini bitirmisiniz. Bəs necə oldu ki, rejissor yox, məhz aparıcı oldunuz?

- Mən universitetdə oxuyarkən xalam məni Nərgiz Cəlilova ilə tanış
etdi. O, da mənə bu sahədə dəstək olacağını dedi. 2001-ci ildə "Space”
telekanalında işə düzəldim. Bir müddət orada çalışdıqdan sonra "Lider”
kanalının əməkdaşı oldum. Daha sonra dörd ay Türkiyənin "Kanal D”
televiziyasında veriliş apardım. Bakıya qayıdandan sonra ANS
telekanalından dəvət aldım və indiyə kimi də bu kanalın əməkdaşıyam. Mən
əslində ixtisasım üzrə işləmək üçün televiziya kanallarına müraciət
etmişdim, lakin məni aparıcılığa uyğun bildilər. Mən də bu təklifi
məmnuniyyətlə qəbul etdim.

- Bildiyimə görə, seriallardan təklif almısınız. Razılaşmamağınızın səbəbi nə olub?

- Mənə olunan təklifləri dəyərləndirəndə həmişə atamdan məsləhət
alıram. O mənim serialda çəkilməyimə razı olmadı. Onun sözündən
çıxmadım.

- Bəs əlavə gəlir yeriniz var?

- Əlavə gəlirim
tədbirlərdən olur. Apardığım tədbirlərin müqabilində məni qane edən
məbləğdə qonorar alıram. El şənliklərinə aparıcı kimi çox dəvət alıram,
ancaq getmirəm.

- Sevdiyiniz insan olub?

- Bəli, olub. Sevgi hissi mənə tanış bir hissdir. Qısqanclıq da həmçinin.

- Bəs niyə həmin insanla ailə həyatı qurmadınız?

- Mənim fikrimcə, təkcə sevmək kifayət etmir. Xasiyyətimiz tutmadı. Ona görə də yollarımızı ayırdıq.

- Romantik insansınız?

- Çox romantikəm. Yağışı çox sevirəm. Hər dəfə yağış yağanda pəncərədən
çölə baxmaq mənə xüsusi zövq verir. Düşüncələrə dala-dala aforizmlər
yazıram. Qismət olsa, həmin aforizmləri bir kitab şəklində çap
etdirəcəm.

- Axırıncı dəfə qapınızı nə vaxt elçi döyüb?

-
Mənə elçi düşənlərin sayı çox olub. İndi də var. Elə bir ay bundan öncə
qohumlarımızdan biri anamdan söz yollamışdı. Mən oğlanı tanımırdım.
Lakin qətiyyətlə "yox” dedim. Heç onunla görüşüb söhbətləşməyə də razı
olmadım. Nəinki ona, indiyə qədər mənim üçün gələn bütün elçilərə
tərəddüd etmədən, qəti bir şəkildə "yox” sözünü demişəm.

- Bu yaşa qədər ailə qurmamağınızın səbəbi nədir?

- Ümumiyyətlə, hələ ki, ailə qurmaq barədə fikirləşmirəm. Əslində hər
bir qızın ağlında geyinəcəyi gəlinlik libası, toy mərasimi və s.
mövzularda öz fikri, öz xəyalları olur. Amma inanın ki, mən bu şeylər
haqqında heç bir zaman düşünməmişəm. Təsəvvürümdə nəsə canlandırmamışam.
Mən ərə getmək, ana olmaq xatirinə ailə qurmaq istəmirəm. İstəmərəm ki,
ailə həyatım tez dağılsın. Bilirsiniz, efirdə olan insanlar üçün bu
əməlli-başlı problem olur. Həyatdır, evlilik alınmayanda deyirlər ki,
filankəs elə-belə ailə qurmuşdu, boşanacağı məlum idi və s. Buna görə də
mən bu məsələdə tələsmirəm. Hər şeyin incəliklərinə gedib dərin-dərin
fikirləşirəm. Götür-qoy edirəm. Yenə də deyirəm, həyatın işini bilmək
olmur. Ola bilər ki, ailə qurum və çox xoşbəxt olum. Ola bilər ki,
müəyyən müddətdən sonra ayrılım. Ola bilər ki, səhv həyat yoldaşımda
olsun, yaxud da əksinə, mən səhv edim.

- Ola bilər ki, heç ailə qurmayasınız?

- Niyə olmur? Ola bilər ki, ailə qurmayım və yalnız özümə karyera
qurum. Bu hal istisna deyil. Amma indidən heç nə deyə bilmərəm.

- Ailə quracağınız insan efirlərdən uzaqlaşmağınızı tələb etsə, yerinə yetirəcəksiniz?

- İşimi çox sevirəm. Amma gələcəkdə ailə qurduğum insan məndən bunu
istəsə, efirə çıxmamağa hazıram. Onunla bu məsələdə razılaşaram. Ən
uzağı, kadrarxası bir işlə məşğul olaram.

- İçinizdəki bütün hissləri asanlıqla dilinizə gətirməyi bacarırsınız?

- Çox rahat bacarıram. Demək istədiyim sözü yerində və vaxtında
deyirəm. Heç vaxt ürəyimdə heç nəyi saxlamıram. Çəkinmədən, qorxmadan
fikirlərimi ifadə edə bilirəm.

- Gününüzün çox hissəsini nə barədə düşünməklə keçirirsiniz?

- Yalnız və yalnız istirahət, bir də ki, alış-veriş etmək barədə.

- Hazırda çəkiniz nə qədərdir?

- İndi 56 kiloqramam. Yeməyimə fikir verməklə və idmanla məşğul olmaqla
çəkimin bir o qədər də artmasına imkan vermirəm. Belə desək, özüm-özümü
tənzimləyirəm.

- Sərtliyiniz var?

- Bəzən olur. O da yerinə və zamanına baxır.

- Sizi çox vaxt qısa paltarlarda görürük. Bu özünüzə diqqət çəkmək üçündür, yoxsa?

- Xeyr, kiminsə diqqətini çəkmək üçün belə geyinmirəm. Əgər belə olsa
idi, hər gün makiyaj edib, bəzənib-düzənərdim. Qısa paltarlar
geyindiyimə görə evdə də məni qınayırlar. Ancaq mən düşünürəm ki, belə
geyim tərzi mənə yaraşır.

- Plastik əməliyyatdan istifadə etmisinizmi?

- Bəli, burnumu plastik əməliyyat etdirmişəm. Əslində buna bir əsas yox
idi. Məndə kompleks yaratmırdı, görünüşü də normal idi. Sadəcə olaraq
dəyişiklik üçün etdim. Öz pulum var idi. Lotereya oynamışdım. Evdə anama
deyəndə əvvəlcə narazılığını bildirdi. Lakin onu birtəhər razı salıb
əməliyyata girdim. Bundan başqa dodağıma gel vurdurmuşdum. Ancaq sonra
götürtdüm.

- Bədəninizin hansı yerindən narazısınız?

-
Heç bir yerindən narazı deyiləm. Amma istərdim ki, boyum bir qədər də
hündür olsun. O zaman modellik edərdim. Çox istərdim ki, model olum.

- Saçınızın rəngini neçə dəfə dəyişmisiniz?

- Hər həftə dəyişirəm. Ona görə də sayını itirmişəm (gülür).

- Dualarınızda ən çox nə istəyirsiniz?

- Ən çox özümə səbir diləyirəm. Düşünürəm ki, səbrim çox olsa, gördüyüm
işlərin nəticəsi də yaxşı olar. Bir də hamı kimi mən də xoşbəxt olmaq,
evimin xanımı və gözəl ana olmaq istəyirəm.

- Ev işlərini yaxşı bacarırsınız?

- Evdə təmizlik işlərində aktivəm. Məsələn, yaxşı paltar ütüləməyim
var. Amma ütüləyəndən sonra paltarları yerbəyer etmək mənlik deyil.
Çünki ərinirəm (gülür). O ki qaldı yemək bişirməyə, bacarıram, amma mən
evə gələndə xörək artıq hazır olur. Mənim hazırlamağıma ehtiyac olmur.
Ən uzağı, səhərlər özümə yumurta bişirirəm, vəssalam.

- Keçmişinizi bir film kimi təsəvvür edin. Həmin filmə baxanda məhz hansı "kadr”ın üstündə dayanardınız?

- Hansı məqamlarda ki qətiyyətlə "yox” sözünü deyə bilməmişəm, bax
həmin "kadr”lara təkrar-təkrar baxardım. Buraxdığım səhvlərə nəzər
yetirərdim. Çox vaxt deyirlər ki, dünyaya bir daha gəlsəydim, filan
səhvi bir də təkrar etməzdim. Ancaq məncə, insan etdiyi səhvlərin
nəticəsində kamilləşir. Öz eyiblərini görə-görə özünü islah edir. Mənim
də lazım olan məqamlarda "yox” sözünü qəti bir şəkildə deyə bilməməyim
mənim səhvlər etməyimə gəlib çıxarıb. Bu mənim eyiblərimdən biridir.

- İçinizdə bir sıxıntı var sanki. Bu nə ilə əlaqədardır?

- Bəli, içimdə bir sıxıntı var. Amma özüm də bilmirəm niyə. Zamanla keçib gedər, inşallah.

- Sirlərinizi kimlərlə bölüşürsünüz?

- İnanın, elə sirrim olur ki, anama deyirəm, bacım bilir, elə sirr olur
ki, bacıma demirəm, anam bilir (gülür). Ümumiyyətlə, mən istəmirəm ki,
mənim problemlərimi, sirrimi ətrafımdakı insanlar bilsinlər. Mənim göz
yaşlarımı görsünlər. Atam çox vaxt Azərbaycanda olmur. Avropa
ölkələrində olur. Amma onu görən kimi içimdəki sözləri ona rahatlıqla
deyə bilirəm.


[/center]
[justify]
[/justify]
[center]



[center][/center]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!