Ulduzların Saçları Necə Gözəlləşir?

Ulduzların Saçları Necə Gözəlləşir?
Xəbərlər
10.09.2017 25
Məşhur ulduzların saçı çox işləmələrə məruz qalsa da, həmişə gözəl, parlaq və sağlam görünür. Bunun sirri nədir? ANS PRESS bəzi məşhurların saçlarının gözəllik sirrini oxucularına təqdim edir.

Qvinet Peltrou

Yarım fincan zeytun yağını saçların diblərinə və dərisinə masajla tədbiq edilir. Bir gün saçlar yuyulmur. Ertəsi gün saçlar şampunla yuyularaq yenidən canlanırlar

Polşalı model Anja Rubik.

Saçlarda qalan azacıq bir şampun qalıntısı belə onların matlaşmasına və elektrikləşməsinə yol aça bilər. Çarəsi saçı durulamağa azı 4 dəqiqə vaxt ayırmaqdır. Təbii ki, saç uzandıqca bu müddət də artır. Nəticə barmaqlarınızın arasından sürüşərək axam yumşaq saçlar olacaq.

Model Ines de la Fressange.

Bir şüşə suyun içərisinə üç şorba qaşığı ağ sirkə tökün və saçı yaxalayın. Nəticə parlaq saçlardır.

Sindi Krouford.

O, səfər zamanı saçlarına qulluq kremi sürtür. Gedəcəyi yerə çatandan sonra saçlarını yuyur və daha yumşaq, möhtəşəm saçlara qovuşur.

Ketrin Zeta Cons.

Saçlarına parlaqlıq vermək üçün bal və pivə maskasından istifadə edir.

Demi Mur.

Əsmər aktrisa saçlarının daha az zərər görməsi üçün durulayandan sonra saçlarını soyuq su ilə yaxalayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!