Metronu partladan kamikadze qızcığazın planı

Metronu partladan kamikadze qızcığazın planı
Xəbərlər
10.09.2017 12
 
17 yaşlı yeniyetmə qızın sevgi məktubu tapıldı
Rusiya. İctimai Media qerbyönümlü Rusiya mətbuatına istinadən xəbər verir ki, "Krasnaya strela” metropoliteninin "Lyublyanka” stnsiyasını öz kiçik bədəni ilə partladan və özü ilə birgə 26 sərnişini o dünyalıq edən və dünyasını dəyişməzdən əvvəl idmanın sərbəst güləş növü ilə məşğul olan Cənnət Əbdürrəhmanova əvvəllər şəhid olmuş dağıstanlı mücahid Umalat Maqomedovun 17 yaşlı dul xanımı olub. Xatırladaq ki, Əl-Bərə ləqəbli Umalat Maqomedov RF-nin Xüsusu Xidmət orqanlarının Dağıstanda həyata keçirmiş olduğu əməliyyat nəticəsində dekabrın 31-də öldürülmüşdü. Əməliyyatçılar onun partlayış zamanı parçalanmış sifətini bərpa edərk əldə etdikləri şəkili ilə müqayisə aparıb yekun qərara gəlmişlər.
Ölməzdən əvvəl ərəb dilində (əməliyyatçılar Cənubi Qafqaz regionunda yaşayan və yerli əhalinin də nadir hallarda işlətdiyi bu çətin əlifbanın qızcığazın mümkün vasitə olmadan öyrənə bilməsinə təəccüb etməkdədirlər) məktub yazıb qoyan xanım Əbdürrəhmanova yazısını bu sözlərlə tamamlayıb "... və biz göylərdə görüşəcəyik”. Bəzi təhlilçilər məktubu qızın yazmadığı və izi azdırmaq niyyətilə ortaya atıldığını düşünürlər. Bundan əlavə onun görüşəcəkləri yerin "cənnət” yox, məhz "göylər” kimi ifadə etməsi də adi halda şəhidin mütləq cənnətə düşəcəyi inamı ilə bu işi görən digər canlı bombalardan fərqli düşündüyü sual doğurur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!