"Mamam bilsə başımı kəsər"...

Xəbərlər
10.09.2017 41
Ağzına gələni danışır, heç nə dediyinin fərqində də deyil. Məqsədi də reklam olunmaqdır.

Güya mən ondan «Prada» markalı eynək istəmişəm, onu təhdid etmişəm,
anamın adı ilə qorxuzmuşam. Gətirsin, bir sübut göstərsin. Yalandır,
mamam bilsə, başımı kəsər ki, belə səviyyəsiz adamla niyə adın
hallanır?»

Bu barədə "Space” telekanalının aparıcısı Günel
Hümbətova onu polislə hədələyən rejissor Zöhrab Ağayevin cavabını verib.

Günelin dediyinə görə, Zöhrab «özünü yığışdırmasa», aqibəti pis olacaq:
«Bax budur deyirəm; ağzını yum, yoxsa, səhər vəkilimlə danışıb, səni
məhkəməyə verəcəyəm.»

Aparıcı onu da əlavə etdi ki, bir də bu məsələ ilə bağlı onu narahat
etməsinlər, suallarını layihə rəhbəri, «Soy prodakşın»ın prezidenti
Oqtay Əliyevə ünvanlasınlar.

Qeyd edək ki, rejissor Zöhrab Ağayev və "Space” telekanalının aparıcısı Günel Hümbətova arasında münaqişə yaranıb.

Zöhrab Güneli onu təhdid etməkdə və rüşvət istəməkdə ittiham edib:
"Günel məni təhdid edir. Bir az əvvəl polis şöbəsinə gedib, ondan
şikayət yazdım. Onun mənə göndərdiyi mesajları polislərə göstərdim. O da
dedi ki, mənə "Prada” markalı eynək al. Mən də 560 manat ödəyib, həmin
eynəkdən aldım. Amma süjet filmlə yox, başqa bir mövzu ilə bağlı efirə
verildi. Dünəndən etibarən mənə yazır ki, anam yüksək vəzifədə işləyir,
səni döydürəcəyəm. Mənə hədə qorxu gəlir. Mən isə təhlükəsizliyimin
qorunmasını və polislərdən kömək istədim”
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!