“İlk öpüşdüyüm oğlan indi geydir”

“İlk öpüşdüyüm oğlan indi geydir”
Xəbərlər
10.09.2017 39
"Xəyanət marixuana çəkmək kimidir”

Qadinlar.Biz 28 yaşında dünyasını dəyişən ingilis müğənni Emi Uaynhausun həyatdan öyrəndiklərini təqdim edir.



Mənə heç kimin köməyi lazım deyil. Özüm özümə kömək etməsəm, heç kim edə bilməz.



Yaşıdlarımın əksəriyyəti vaxtını gələcək beş ildə nələr edəcəklərini
düşünməklə keçirirlər. Bax, həmin vaxtı mən içərək keçirirəm.



Bir ara içkiyə çox aludə olmuşdum. İçki ilə hər şey daha yaxşı görünür
axı. Guya bir qədəh şərabla televizora baxırsan, bir qədəh şampanla
nahar edirsən.



Ancaq öz başıma gələn şeyləri yazmışam.
O şeyləri ki, mən asanlıqla keçmişdə basdıra bilmirəm. Şükür ki
özünüməhvə meylliyəm, ona görə mahnılarım üçün həmişə mövzu tapılır.



Dindar deyiləm. Halbuki, bilirəm, inam insanlara güc verir. Ancaq taleyə inanıram, heç nəyin səbəbsiz baş vermədiyinə əminəm.



Mahnı yazmaq – təmtəraqlı qonaqlığa getmək kimidir. Gərək yavaş-yavaş hərəkət edəsən, yeməklərin üstünə birdən cummaq olmaz.



Bircə onunla razılaşıram ki, istedadlıyam. Amma oxumaq üçün doğulduğuma
inanmıram. Mən ana və həyat yoldaşı olmaq, ailəmə baxmaq üçün
doğulmuşdum.



Təsadüfi intimi mühakimə etmirəm. Xəyanətin yaxşı tərəfi yoxdur. Bu, marixuana çəkməyə oxşayır.



Həqiqətdən başqa deyilənlər mənasızdır.



intim – sadəcə intimdir. Amma heç kimi çox yaxına buraxmaq olmaz.



İlk dəfə 11, ya da 12 yaşımda öpüşmüşəm. Kris adlı yunan əsilli oğlan idi. İndi geydir.



Məni çox bəzəsələr, axırda kiminsə xalasına oxşayacağam. Mənsə özüm olmaq istəyirəm.



Döyüşkən deyiləm. Amma çox divara dirəsələr, istənilən adamın başını yararam.



Ətrafda çoxlu zalım insan var. Hamısı ona görədir ki, onların dostu
yoxdur. Ananla, nənənlə, sevimli itinlə belə ünsiyyətdə olmaq həyatda
başına gələn ən yaxşı şeydir.



Ətrafda çoxlu qəddar insan var, çünki onların dostu yoxdur. Ayaqqabı və çantaları çıxmaq şərti ilə.



Əgər yadplanetlilərin az da olsa, yumor hissləri varsa, ən çox bizim intimlə məşğul olmağımıza gülərlər.



Qadınlar qadınlarla kişilərin bir-biri ilə danışdığı kimi danışır. Fərq ondadır ki, qadınlar detallara çox varırlar.



Valideynlərin edə biləcəyi ən böyük səhv intimlə pis musiqi altında məşğul olmaqdır.



Bu qədər mükafat almağıma heç cür inana bilmirəm.



Dəliliyə nəzarət heç də çətin deyil.



Mənbə: "Esquire” jurnalıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!