9 yaşlı qızını zorlayan ərini öldürdü

9 yaşlı qızını zorlayan ərini öldürdü
Xəbərlər
10.09.2017 79
Milli.Az DHA-ya istinadən bildirir ki, olay Yüregir rayonundakı Yeşilbağlar məhəlləsində dünən yaşanıb. Tarlada çalışan Derya İ. işsiz əri Emrullah Baykuş ilə 11 il əvvəl dini nikahla ailə qurmuşdu.
Bu nikahda anadan olmuş 4 uşağın böyüyü, 9 yaşlı E.İ. anasına "Atam məni zorlayır!" demişdi.
Qızının
iddiasına inanmaq istəmyən qadın martın 6-da, səhər saatlarında "İşə
gedirəm" deyərək evdən çıxıb. Bir müddət sonra sakitcə evə qayıdan Derya
yataq otağındakı çarpayının altına girərək gizlənib.
Onun
dediyinə görə, bir müddət sonra əri Emrullah Baykuş oyanıb və qızı
E.İ.-ni otağa çağıraraq çarpayıya yıxıb, öz övladı ilə cinsi əlaqəyə
girib.
Öyrəndiyindən şoka düşən Derya nə edəcəyini bilməyib.
İki saat sonra çarpayının altından çıxan qadın qonşuya gedərək başına gələnləri göz yaşları içində danışıb.
Dünən axşam isə o, yatmazdan əvvəl ərinin evdə qanunsuz saxladığı 2 tapançanı yastığının altına qoyub.
Ərinin yatmasını gözləyən qadın 00.40 radələrində durub, tapançanı çıxarıb və ərinin başına atəş açıb.
Ərini öldürən qadın qohumlarına zəng vurub və hər şeyi danışıb.
Bundan sonra 2 tapança ilə bir ov tüfəngini götürən Derya İ. evə gələn qohumlarının maşınına minərək hadisə yerindən uzaqlaşıb.
Silah səsinə məhəlləyə gələn polis maşını qonşu küçədə saxlayıb.
Derya İ. həbs olunub, ifadə verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!