Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar

Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar
Xəbərlər
10.09.2017 119
Ərəblər daha çox pulu rus qızlarına xərcləyir 



Dünyanın
gecə əyləncəsinin ən məşhur ünvanlarından biri də Dubay barlarıdır.
Dubayda açıq hava və çimərlik klubları olduqca məşhurdur. Müştərilərin
çoxluğu ilə seçilən bu məkanlarda qiymət heç də hamının cibinə görə
deyil. Bununla belə əylənmək və gəzmək üçün Dubaya gedən bir çoxları heç
olmasa bir dəfə Dubayın həmin dünyaca məşhur gecə klublarında bir neçə
saatını keçirməyə çalışır. Bu ona nə qədər baha başa gəlsə də. 



Dubayın
ən məşhur gecə klubları və əyləncə məkanları otellərdə yerləşir. Ən
tanınmış əyləncə məkanları Şeyx Zayed yolu üstündə yerləşən
otellərdədir. Bura daxil olmaq üçün pul və 21 yaşdan yuxarı olmaq
kifayətdir. Ancaq bütün bu məkanlarda geyimlərə xüsusilə diqqət
yetirilir və qanun səviyyəsində qorunur. Dubay gecə klubları əsasən
canlı musiqiyə üstünlük verir. Bu məkanlar gecə saat 11-də açılır və
3-də bağlanır. 



Dubayın məşhur gecə klubları arasında 360° barını xüsusilə vurğulamaq lazımdır."Jumeirah Beach Hotel"dən
uzanan bir körpünün üzərində yerləşən barda adından da göründüyü kimi
360 dərəcəni görmək mümkündür. Bura öz kokteylləri ilə öyünür və məşhur
Ərəb bürcünə baxan gözəl mənzərəsi ilə turistləri cəlb edir.
Oturacaqları rahat, xidmət yüksək səviyyədə, canlı musiqi barın
özünəməxsusluğudur. Həftənin iki günü bura ancaq qonaqlar üçün ayrılır. 



Dubaydakı
möhtəşəm məkanlardan biri də "Al Barsha" barıdır. Bu bar bütün
dövrlərin ən məşhur məkanlarından biri kimi tanınır. Yemək olaraq təqdim
edilən pizzaları isə hətta İtaliyadan da yaxşı bişirildiyi deyilir.
Kokteyl və şüşədə təqdim edilən pivələr də müştərilərin zövqünü oxşayır
və pulunu alır. 



Dubayda hətta Parisdəki məşhur "Budda bar"ın əkizi də var. Orijinal "Budda bar"dan
rəngi, tərtibatı, yeməkləri və əyləncəsinə görə geri qalmamağa çalışan
bu barın divarları qızılı işləməlidir. Ortada Dubay üçün xüsusi olaraq
Taylandda hazırlanmış 4 metrlik Budda heykəli ucalır. Tamamilə qızıldan
olan heykəl sənət əsəri kimi diqqətləri cəlb edir. Barın yemək menyusuna
əsasən Çin, Tayvan və Yaponiya mətbəxi daxildir. Ancaq ərəb dadları
qatıldığından hətta yaponlar belə öz yeməklərini məhz Dubaydakı bu barda
yeməyi xoşlayırlar. Burada yeməklər müştərinin yanına boşqabda
gətirilir. Barın arxa tərəfində başqalarının gözündən uzaq olmaq şansı
verən xüsusi yerlər var. 



Dubayın məşhur barları öz müştərilərini
diqqətlə seçir. Doğrudur heç kəs "olmaz" demir, ancaq xoşagəlməz
müştərinin hər an kiminsə nəzərini üstündə hiss etməsi mümkündür. Buna
görə də hətta adını belə xoşagəlməz duyğular yaratdığı Dubayda qadın
alveri heç də küçənin ortasında hamının gözü qarşısında və ya imicini
qoruyub saxlamağa çalışan barlarda aparılmır. Burada Azərbaycandan,
eləcə də postsovet məkanından qızların əsasən ikinci dərəcəli gecə
məkanlarına aparıldığı bildirilsə də, beşulduzlu otellərdə də onlara
rastlaşmaq mümkündür. Məsələn, Dubay xatirələrində daha çox Moskva
otelinin disko-barının, "Siklon" gecə klubunun adı
çəkilir. Sonuncu məkanın Londonda yaşayan hindistanlıya məxsus olduğu
deyilir. Hər gecə burada Azərbaycan, Bolqarıstan, Çin, Rusiya, Tayvan,
Tacikistandan 500-ə yaxın qıza rast gəlmək olar. Bir müddət əvvəl "Azad
Avropa" radiostansiyasının əməkdaşları Dubayda beşulduzlu oteldə
fahişəliklə məşğul olan azərbaycanlı qızdan reportaj hazırlamışdılar.
Həmin reportajın "qəhrəmanı" bildirirdi ki, hətta küçələrdə də "qədim
peşə" ilə məşğul olduqdan sonra yaşayış vizası ala bilib və beləliklə də
satıcıya çevrilib. Bu ölkədə ən çox pul qazananlar rus qızlarıdır -
səbəb ərəblərin sarışın gözəlləri daha çox sevməsi və onların yaşının
18-22 arasında dəyişməsidir. 



Ancaq Dubay təkcə əyləncəli
və bol gəlirli gecə həyatı ilə yox, həm də qorxunc həqiqətləri ilə
tanınır. Bu həqiqətlər arasında isə bir neçə il bundan əvvəl fahişələrə
ölümlə nəticələnən hücumlar hələ də xatırlanır. Öldürülənlərin arasında
azərbaycanlıların olmadığına isə heç kəs zəmanət verə bilmir...\
AzNews




Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar
 
Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar
 
Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar
 
Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar
 
Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar
 
Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar
 
Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!