Məşuqəsini öldürüb, itinə yedizdirdi - FOTO

Məşuqəsini öldürüb, itinə yedizdirdi - FOTO
Xəbərlər
10.09.2017 45
Braziliyalı məşhur futbolçu Bruno Fernandes de Souzanın adı dəhşətli cinayətdə hallanır.

Qadinlar.Biz-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Bruno
uşağının anası olan Eliza Samudionun qətlə yetirildiyini və onun
bədəninin parçalara bölünərək, itlərə yedirildiyini bildiyini etiraf
edib. Ancaq məşhur qapıçı cinayəti özünün törətdiyini rədd edib. Bruno
bir müddət əvvələ qədər, Samudionun yaşadığını, ancaq ölkəni tərk
etdiyini iddia edirdi.

2010-cu ildə baş verən dəhşətli cinayətin təfərrüatları bəlli olub.
"Flamenqo" komandasının kapitanı 2009-cu ildə keçmiş intimo ulduzu Eliza
Samudio ilə bir gecəlik münasibətdə olub. Samudio bu əlaqədən sonra
hamilə qalıb. Ancaq de Souza evli olduğu üçün gənc qadına dünyaya uşaq
gətirməməsi üçün təzyiq edib. Amma qadın bunu qəbul etməyib və 2010-cu
ilin fevralında dünyaya uşaq gətirib.

Samudio doğuşdan 4 ay sonra Brunonun atalığını qəbul etməsi üçün
məhkəməyə müraciət edib və dərhal da sirli bir şəkildə yoxa çıxıb.
Hadisə isə de Souzanın yaxın qohumunun etirafından sonra ortaya çıxıb.
Belə ki, de Souzanın arvadının da olduğu 8 nəfərlik qrup Samudionu
öldürüblər. İddialara görə, Bruno gənc qızı öldürdükdən sonra onu
hissələrə ayırıb və Rotveller cinsindən olan itinə yedizdirib. Qalan
hissələr isə betonla yerə basdırılıb.

Bu hadisələrdən əvvəl Braziliyanın istedadlı futbolçularından olan Bruno
Fernandez de Souzanın 2014-cü ildə keçiriləcək Dünya Çempionatında
ölkəsinin qapısını qoruyacağı gözlənilirdi.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!